Vellinqton hava limanında yanğın: sərnişinlər terminaldan təxliyə edilib
Bakı, 12 iyun, AZƏRTAC
Yeni Zelandiyanın paytaxtı Vellinqtonda yerləşən hava limanında yanğın baş verib, əsas terminal binası təxliyə edilib.
AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində tüstü siqnalizasiyası işə düşüb və sərnişinlər təhlükəsizlik məqsədilə terminaldan çıxarılıblar. İlkin məlumata görə, xəsarət alan olmayıb, bəzi reyslər isə təxirə salınıb.
Yanğının hava limanında bir texnikadan başladığı müəyyən edilib. Hadisə zamanı avtomatik çiləyici sistem də işə düşüb. Yanğının söndürülməsinə doqquz yanğınsöndürmə briqadası cəlb olunub.
Rəsmilər hadisənin səbəblərinin araşdırıldığını bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]