Vüqar Novruzov: Göygöl rayonunda üzüm istehsalı 28,6 faiz artıb
Göygöl, 12 iyun, AZƏRTAC
Taxılçılıq Göygöl rayonunun əsas kənd təsərrüfatı istiqamətlərindən biridir. 2025-ci ildə 4 857 hektar sahədən 14 916 ton taxıl məhsulu əldə olunub, orta məhsuldarlıq 30,7 sentner təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 7,7 faiz olub. 2026-cı ilin məhsulu üçün 5387 hektar sahədə taxıl səpini aparılıb ki, bu da ötən ilə nisbətən 530 hektar və ya 9,1 faiz çoxdur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Göygöl rayonunda keçirilən regional müşavirədə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov deyib.
O qeyd edib ki, Göygöl rayonu üzümçülük ənənələri ilə seçilən bölgələrdəndir. Hazırda rayon ərazisində 718 hektar üzüm bağı mövcuddur. Burada müxtəlif texniki və süfrə üzüm sortları becərilir. 2025-ci ildə üzüm bağlarından 4 633 ton məhsul istehsal olunub. Üzüm istehsalı əvvəlki ilə nisbətən 1029 ton və ya 28,6 faiz artıb.
Müxbir – Elcan Məmmədov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [14:31]
Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır
- 07.08.2026 [14:29]
Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB
- 07.08.2026 [14:24]
Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb
- 07.08.2026 [12:11]
Ucarda 1 tondan çox çətənə kolu məhv edilib
- 07.08.2026 [11:44]
Naxçıvanın ümumtəhsil məktəblərinə 2255 kompüter verilib
- 07.08.2026 [11:18]
Tovuzda pensiya və sosial müavinətlərə dair ictimai dinləmə olacaq
- 07.08.2026 [10:38]
Rəqəmsal arxeologiya üzrə təlimlər Ağstafa və Gədəbəydə davam edir
- 07.08.2026 [10:09]