İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib
Bakı, 12 iyun, AZƏRTAC
Vaşinqtonun ziddiyyətli mövqeyinə baxmayaraq, İran və ABŞ arasında münaqişənin həlli ilə bağlı razılaşmanın əksər hissəsi artıq təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmail Beqai məlumat yayıb.
“Mətnin əsas hissəsi praktik olaraq tamamlanıb. Problem həmişə prosesdə qarışıqlıq və pozuntulara səbəb olan ABŞ-nin ziddiyyətli mövqeyindədir”, - deyə Press TV onun sözlərindən iqtibas gətirib.
İsmail Beqai ABŞ ilə razılaşmanın yeri və vaxtı ilə bağlı bütün məlumatları fərziyyə adlandırıb. O bildirib ki, Qətər və Pakistandan olan vasitəçilər səylərini davam etdirirlər, lakin diplomatik proses ABŞ-nin təcavüzü nəticəsində pozulub.
Bir müddət öncə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib ki, İranla müqavilənin bir sıra müddəaları danışıqlarda iştirak edən bütün tərəflər tərəfindən razılaşdırılıb, lakin Vaşinqton razılaşma əldə olunanadək respublikanın dəniz blokadasını davam etdirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:20]
Pakistanda polisə hücum olub: ölənlər var
- 12.06.2026 [12:15]
“Mehr”: İran və ABŞ arasında memorandum 14 bənddən ibarətdir
- 12.06.2026 [12:03]
Yaponiya yeni nəsil H3 raketini uğurla orbitə çıxarıb
- 12.06.2026 [11:31]
Alimlər xəbərdarlıq edirlər: Dünyanı ekstremal hava hadisələri gözləyir
- 12.06.2026 [11:29]