İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
Bakı, 12 iyun, AZƏRTAC
İndoneziyanın şərqində eyni gündə üç vulkan püskürüb.
AZƏRTAC İndoneziyanın Antara informasiya agentliyinə istinadla xəbər verir ki, Şimali Halmahera bölgəsindəki Dukono, Şərqi Floresdə yerləşən Levotobi Laki-Laki və Qərbi Halmaheradakı İbu vulkanlarında baş verən püskürmələr nəticəsində kül sütunları 400–500 metr hündürlüyə qalxıb.
Məlumata görə, ən yüksək həyəcan səviyyəsi Levotobi Laki-Laki vulkanında qeydə alınıb, digər iki vulkan isə daha aşağı risk səviyyəsində saxlanılıb.
Qeyd edək ki, İndoneziya Sakit okeanın “Alov Həlqəsi”ndə yerləşdiyi üçün yüksək vulkanik aktivlik zonası hesab olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [17:32]
İsraildə parlament seçkiləri: Səslərin 85 faizi hesablanıb
- 28.10.2026 [16:57]
Husilər Ədən hava limanının dərhal boşaldılmasını tələb ediblər
- 28.10.2026 [16:27]
İran müharibəsi ABŞ-yə təqribən 47 milyard dollara başa gəlib
- 28.10.2026 [16:09]