“Mehr”: İran müəyyən şərtlər yerinə yetirilmədən nüvə danışıqlarına başlamayacaq
Bakı, 12 iyun, AZƏRTAC
İran hakimiyyəti ABŞ ilə nüvə proqramı üzrə danışıqlara başlamaq üçün dondurulmuş 12 milyard dollarlıq aktivlərin qaytarılmasını, dəniz blokadasının aradan qaldırılmasını və neft satışına sanksiyaların dayandırılmasını tələb edir.
AZƏRTAC xəbər verir ki, “Mehr” agentliyi bu barədə Tehran və Vaşinqton arasında memorandum layihəsinə istinadla məlumat yayıb. Sənəddə qeyd olunur ki, İran və ABŞ 60 gün ərzində nüvə danışıqlarına başlayacaq, lakin bundan öncə Vaşinqton İrana qarşı nefti və neft məhsullarının satışına tətbiq edilən sanksiyaları dayandırmağı, dondurulmuş 12 milyard dollarlıq aktivləri qaytarmağı və dəniz blokadasını tamamilə ləğv etməyi öhdəsinə götürür.
Memorandum layihəsinə əsasən, tərəflər 60 gün ərzində bütün əsas və ikinci dərəcəli sanksiyaların ləğvini, eləcə də BMT Təhlükəsizlik Şurasının və Beynəlxalq Atom Enerjisi Agentliyinin qətnamələrinin ləğvini əhatə edən razılığa gəlməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [15:30]
Humanoid robotlar sürətlə inkişaf edir
- 12.06.2026 [15:24]
Şimali İrlandiyada iğtişaşlarla bağlı saxlanılanların sayı 19-a çatıb
- 12.06.2026 [15:22]
Kaşağan qaz emalı zavodu layihəsi praktiki icra mərhələsinə qədəm qoyub
- 12.06.2026 [15:16]
Həyat şansı: Çin donor orqanlarının əlçatanlığını genişləndirir
- 12.06.2026 [15:09]
Britaniya iqtisadiyyatı İranla müharibənin təsirini hiss etməyə başlayıb
- 12.06.2026 [15:05]
Böyük Britaniyada 1 milyon gəncə meningit əleyhinə peyvənd təklif olunacaq
- 12.06.2026 [15:03]
Tallinin mərkəzində ilk modul bomba sığınacağı quraşdırılıb
- 12.06.2026 [14:53]
Məşhur rəssam Devid Hokni vəfat edib
- 12.06.2026 [14:51]