İDMAN
“Qarabağ” – “Tiraspol” oyunu heç-heçə ilə başa çatmışdır
Bakı, 4 fevral (AZƏRTAC). Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Ağdamın “Qarabağ” futbol komandası hazırlıq prosesi çərçivəsində altıncı yoxlama görüşünə çıxmışdır.
AZƏRTAC xəbər verir ki, “Qarabağ” komandası Moldovanın “Tiraspol” kollektivi ilə qarşılaşmış və matç 1:1 hesabı ilə başa çatmışdır. Ağdam təmsilçisinin heyətində Ansi Aqolli fərqlənmişdir.
Qeyd edək ki, “Qarabağ” Antalyadakı ilk matçında Rusiyanın “Ural” kollektivini 3:2 hesabı ilə məğlub etmişdi. Ukraynanın “Hoverla” komandası ilə görüşdə 1:2, Litva “Ekranas”ı ilə matçda isə 1:3 hesablı məğlubiyyət qeydə alınmışdı. Makedoniya təmsilçisi “Turnovo” ilə qarşılaşmada isə qapılara qol vurulmamışdı. Gürcüstan “Zestafoni” komandası ilə görüşdə isə 2:0 hesablı qələbə qeydə alınmışdı.