“Qarabağ” hesab arasındakı fərqi artırıb
Bakı, 26 avqust, Nicat Məmmədov, AZƏRTAC
UEFA Çempionlar Liqasının II seçmə mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Şerif” (Moldova) oyununda hesab dəyişib.
AZƏRTAC xəbər verir ki, görüşün 63-cü dəqiqəsində Abdulla Zubirin ötürməsindən sonra Mahir Əmrəli qapıçı ilə təkbətək çıxaraq hesab arasındakı fərqi iki topa çatdırıb - 2:0.
Qeyd edək ki, UEFA-nın qərarına əsasən, komandalar arasında cavab qarşılaşması keçirilməyəcək.
“Qarabağ” klubu indiyədək “Şerif” ilə beş dəfə üz-üzə gəlib.
Ağdamlılar UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubunu (4:0), “Şerif” isə Lüksemburqun “Fola Eş” komandasını məğlub edib - 2:0.
“Qarabağ” ikinci təsnifat mərhələsində Moldovanın “Şerif” klubuna qalib gələcəyi təqdirdə növbəti mərhələdə potensial rəqibi “Seltik” (Şotlandiya), “Dinamo” (Xorvatiya), “Ludoqorets” (Bolqarıstan), “Yanq Boyz” (İsveçrə) və “Srvena Zvezda” (Serbiya) klublarından biri olacaq.