“Qarabağ” komandası ispaniyalı futbolçunu transfer edib
Bakı, 2 sentyabr, AZƏRTAC
Ağdamın “Qarabağ” komandası isveçli hücumçu Samuel Armenterosdan sonra ispaniyalı yarımmüdafiəçi Miquel Markes Maderanın transferini reallaşdırıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu sonuncu klubu “Makkabi” (Hayfa) olan 29 yaşlı ispaniyalı futbolçu ilə iki illik müqavilə imzalayıb.
Karyerasına 2004-cü ildə “Sportinq”də (İspaniya) başlayan futbolçu İngiltərənin “Birmingem” (2010-2011-ci illər) komandasından sonra icarə əsasında Yunanıstanın “AEK” kollektivinə transfer olub. “Miçel” ləqəbli futbolçu karyerasının ən yaxşı dönəmini isə İspaniya La Liqasında “Xetafe”də (2011-2014-cü illər) keçirib.
Futbolçuların hər ikisi “Qarabağ”ın Avropa Liqasına göndərilmiş siyahısına daxil edilib.