QARABAĞ MÜHARİBƏSİ ƏLİLİ ÜÇÜN EV TİKİLMİŞDİR
Lənkəran, 24 aprel (AZƏRTAC). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəsaiti hesabına Lənkəran rayonunun Göyşaban kənd sakini, II qrup Qarabağ müharibəsi əlili Nadir Bağırovun ailəsi üçün üçotaqlı ev tikilib istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul işçiləri çıxış etmişlər.
Nadir Bağırov sağlamlığını itirmiş insanlara göstərdiyi diqqət və qayğıya görə Azərbaycanın dövlət başçısına minnətdarlığını bildirmişdir.