QARSDA MİLLİ QURTULUŞ GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLMİŞDİR
Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulluğundan AZƏRTAC-a verilən məlumata görə, 15 İyun - Milli qurtuluş günü münasibətilə tədbir keçirilmişdir.
Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoymuşlar.
Baş konsul Həsən Zeynalov Heydər Əliyevin parlaq həyat yolundan, müstəqil Azərbaycan dövlətçiliyinin qurulması və dünyada nüfuzunun artırılması istiqamətində gördüyü işlər barədə ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:31]
Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram
- 13.10.2026 [11:59]
Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir
- 13.10.2026 [11:43]