Qax Dövlət Kukla Teatrı bayram günlərində uşaqlara əyləncəli proqram təqdim edəcək
Qax, 2 mart, AZƏRTAC
Qax Dövlət Kukla Teatrı Novruz bayramı münasibətilə uşaqlar üçün “Novruz oyunları” adlı əyləncəli proqram hazırlayır.
Teatrın direktoru səlahiyyətlərini icra edən, Əməkdar artist Yusif Abdurahmanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, məqsəd məktəblilərin yaz tətili günlərinin mənalı və səmərəli keçməsini təmin etməkdir.
Novruz şənliyi kompozisiyasının quruluşçu rejissoru İlmar Abdullayev, rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.
Teatrın yaradıcı kollektivi, eyni zamanda, rus uşaq yazıçısı Boris Vaynerin “Almaz dağı” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa üzərində də məşqləri davam etdirir. Araz Mehrablının quruluş verdiyi tamaşada rolları Afət Yaqubova, Məlahət Məmmədova, Elnurə Əliyeva, Elnarə Razıyeva, Azər Kərimov, Cəbrayıl Quluşov və İlmar Abdullayev ifa edirlər. Tamaşanın rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.
Tamaşa martın sonunadək uşaqlara təqdim olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [21:42]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [20:51]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [18:43]
Naxçıvan şəhərində 7,7 kilometrlik yolun asfaltlanmasına başlanılıb
- 05.06.2026 [17:49]
Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
- 05.06.2026 [17:40]