Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAX İCTİMAİYYƏTİ PREZİDENT İLHAM ƏLİYEVİN ŞİMAL-QƏRB BÖLGƏSİNƏ SƏFƏRİNİ YÜKSƏK DƏYƏRLƏNDİRİR

Qax Rayonu İcra Hakimiyyətində Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin şimal-qərb bölgəsinə səfərinin yekunlarına həsr olunmuş yığıncaq keçirilmişdir.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, idarə və müəssisə, bələdiyyə orqanları rəhbərlərinin, sahibkarların, ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri yığıncaqda çıxış edən rayon icra hakimiyyətinin başçısı Abbas Göyüşov Prezident İlham Əliyevin bölgəyə səfəri çərçivəsində aprelin 12-də Qax rayonunda keçirdiyi görüşlərdə, aprelin 13-də Şəki şəhərində keçirilən zona müşavirəsində bölgənin gələcək sosial-iqtisadi inkişaf istiqamətləri ilə bağlı verdiyi tövsiyə və göstərişlərdən danışmışdır.

Dövlətimizin başçısının Qax rayonunda olmasının əhalidə böyük inam və ruh yüksəkliyi yaratdığını bildirilmiş, bu səfərin yekunları ilə bağlı qəbul ediləcək qərarların rayonun sosial-iqtisadi inkişafına çox böyük təsir göstərəcəyi vurğulanmışdır.

Sonra çıxış edən ayrı-ayrı idarə və müəssisə rəhbərləri, yerli iş adamları bölgənin inkişafına diqqət və qayğısına görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildirmiş, rayonun sosial-iqtisadi problemlərinin həlli üçün daha da səylə çalışacaqlarını vurğulamışlar.

Yığıncaqda Prezident İlham Əliyevin Qax rayonu ictimaiyyəti ilə görüşü zamanı verdiyi tapşırıq və tövsiyələrin yerinə yetirilməsinə dair xüsusi tədbirlər planı müzakirə olunaraq təsdiq edilmişdir.

Yığıncaqda Qax ictimaiyyəti adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Müraciətdə deyilir:

- Hörmətli cənab Prezident!

Qax rayonunun ictimaiyyəti təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və Sizin uğurla davam etdirdiyiniz daxili və xarici siyasət xəttini ürəkdən bəyənir və müdafiə edir. Məhz bu siyasətin düzgünlüyü və uğurla aparılması nəticəsində respublikamız iqtisadi inkişaf baxımından yalnız postsovet məkanında deyil, bütövlükdə dünyada lider dövlətə çevrilmişdir. Sizin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyalarına sadiqliyiniz, onun işini uğurla davam etdirməyiniz sayəsində Azərbaycan dövləti həm iqtisadi, həm də siyasi sahədə böyük uğurlar qazanmış, dünyada analoqu olmayan inkişaf mərhələsinə qədəm qoymuşdur…

Hörmətli cənab Prezident!

İqtisadiyyatın tarazlı inkişafına yönəldilmiş tədbirlər baxımından Sizin 2004-cü il 11 fevral tarixli Fərmanınızla təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” xüsusi əhəmiyyət daşıyır. Dövlət Proqramının icrası, həyata keçirilən tədbirlər, görülən təxirəsalınmaz işlər artıq öz bəhrəsini verməkdədir…

Qax rayonu kənd təsərrüfatı rayonu olduğundan əhalinin gəlirləri əsasən bu sahədən əldə edilmiş vəsait hesabına formalaşır. Dövlət Proqramına uyğun olaraq rayonda taxılçılığın, tütünçülüyün, heyvandarlığın inkişaf etdirilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Məhsul istehsalını artırmaq və fermerlərə əməli kömək göstərmək məqsədi ilə rayonda “Aqrolizinq” ASC-nin xətti ilə yeni “Aqrotexservis” müəssisəsi yaradılmış, lazımi texnikanın və gübrələrin gətirilməsi təmin olunmuşdur. Damazlıq müəssisəsində yenidənqurma işləri aparılmış, baramaçılığın yem bazasının inkişaf etdirilməsi üçün 234 min ədəd məhsuldar tut tingi əkilmiş, müəssisədə yeni toxum laboratoriyası işə salınmış, 85 kiloqram barama toxumu istehsal edilmişdir. 2005-ci ildə tütün əkini sahələri 450 hektara çatdırılmış, 1100 ton məhsul istehsal olunmuşdur.

Rayonda sənaye müəssisələrinin açılmasına da xüsusi diqqət yetirilir. Dövlət Proqramının qəbul edilməsindən keçən dövr ərzində 5 fındıq emalı sexi, 9 mineral su sexi, 3 qum-çınqıl istehsalı sexi, 4 qum karxanası, 2 un dəyirmanı, 1 asfalt zavodu, 2 tikiş sexi, gündəlik istehsal gücü 500 kiloqram olan yeni çörək sexi, meyvə şirələri, üzlük plitələr istehsal edən sexlər və s. istifadəyə verilmişdir. Beş ildə 1972 nəfərin işlə təmin olunması proqnozlaşdırıldığı halda, artıq 2100 nəfər işlə təmin edilmişdir. Bunun 1400-ə qədəri daimi iş yerləridir.

Zati-aliləri!

Rayonumuzun flora və faunasının zənginliyi, coğrafi şəraiti, tarixi və mədəniyyət abidələrinin çoxluğu turizmin inkişafı üçün geniş imkanlar açır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2002-ci il 27 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş 2002-2005-ci illər üçün turizmin inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş istiqamətlərdən biri də Şəki-Qax-Zaqatala turizm marşrutudur. Bu sahədə rayonumuzda sahibkarlar tərəfindən xeyli iş görülmüşdür. “Uludağ”, “Yaşıl park”, “Güləşçi”, “İlisu”, “Ulu” istirahət obyektlərinin birinci hissəsi istifadəyə verilmiş, Qaşqaçay, Ləkit və Zərnə kəndlərində də turizmin inkişafı ilə bağlı işlər görülməkdədir.

Sizin proqram xarakterli çıxışlarınızda turizmin ölkəmizin inkişafı üçün ən prioritet sahə kimi qiymətləndirilməsi, yeni Fərmanınızla Mədəniyyət və Turizm Nazirliyinin yaradılması bizim qarşımızda çox mühüm vəzifələr qoyur.

Cənab Prezident!

Sizin rayonumuzda olarkən ictimaiyyətlə görüşünüz zamanı söylədiyiniz proqram xarakterli nitqinizdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün tədbirlər planı hazırlanmış və icrasına başlanılmışdır. Tədbirlər planında əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq üçün Qax şəhərinə yeni su xəttinin çəkilişi, kənd yerlərində 30 ədəd artezian quyusunun qazılması, şəhərin kanalizasiya sisteminin yenidən qurulması, kəndlərin qazlaşdırılması, yeni məktəb binalarının, idman kompleksi və qurğularının tikilməsi, məktəblərin, səhiyyə və mədəniyyət obyektlərinin, yolların, şəhərin küçə və səkilərin təmiri və sair nəzərdə tutulmuşdur.

Cənab Prezident!

Qax rayonunun ictimaiyyəti Sizi əmin edir ki, Sizin fərman və sərəncamlarınızın, rayonumuzda olarkən verdiyiniz tapşırıq və tövsiyələrin yerinə yetirilməsi, rayonun sosial-iqtisadi inkişafı üçün bütün imkanlardan səmərəli istifadə olunacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Biləsuvarda zəncirvari qəza baş verib, ölən və yaralananlar var

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO