Qaxlı gənclərə media savadlılığı ilə bağlı təlim keçirilib
Qax, 24 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Qax nümayəndəliyi gənclər üçün “Media savadlılığı və gənclər” mövzusunda təlim təşkil edib.
Nümayəndəliyin direktoru Elmir Həşimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, təlim zamanı gənclərə Azərbaycanda və Avropada media savadlılığı, saxta xəbərlər və dezinformasiya, media müxtəlifliyi, mediada qərəzlilik və digər mövzular barədə ətraflı məlumat verilib, müzakirələr aparılıb. Təlim Avropa Şurası Gənclər Fondunun maliyyə dəstəyi, “Sağlam Düşüncə” Gənclər Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən “Media savadlılığı və gənclər” təlim kursunun iştirakçısı, GİKM Qax nümayəndəliyinin əməkdaşı Ofeliya Arabova tərəfindən təqdim olunub.
Təqdimatdan sonra gənclər sərbəst şəkildə araşdırmalar aparıb, müxtəlif praktiki tapşırıqlar yerinə yetiriblər. İştirakçılar üçün, həmçinin qrup işi və enercayzerlər də təşkil edilib.