“Qazaq Air” Yekaterinburqa uçuşları dayandırıb
Bakı, 27 dekabr, AZƏRTAC
Qazaxıstanın “Qazaq Air” aviakompaniyası təhlükəsizlik məqsədilə Astana-Yekaterinburq marşrutu üzrə uçuşları dayandırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə aviakompaniyanın bəyanatında deyilir.
“Qazaq Air” cari il dekabrın 28-dən 2025-ci il yanvarın 27-dək Astana-Yekaterinburq marşrutu üzrə uçuşları müvəqqəti dayandırmağa məcburdur. Reyslərin dayandırılması Rusiyaya uçuş risklərinin daim qiymətləndirilməsinin nəticələri əsasında sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilib”, - deyə mətndə bildirilir.
Bəyanatda, həmçinin qeyd olunur ki, “Qazaq Air” risk qiymətləndirmə meyarlarına cavab verən Omsk və Novosibirskə uçuşları davam etdirəcək, Yekaterinburqa uçuşların bərpası risklərin yenidən qiymətləndirilməsinin nəticələrinə əsasən həyata keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]
Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir
- 10.06.2026 [14:48]
Sofiyada motosikletçilər sığorta qiymətlərinin artmasına etiraz edəcəklər
- 10.06.2026 [14:30]