Qazaxıstan parlamenti Senatının yeni sədri seçilib
Nur-Sultan, 4 may, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə ölkə parlamenti Senatının (yuxarı palata) iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, gizli səsvermə yolu ilə Maulen Aşimbayev yekdilliklə parlament Senatının sədri seçilib.
Qeyd edək ki, bu gün dövlət başçısının Fərmanı ilə Maulen Aşimbayev Qazaxıstan Respublikası Parlamenti Senatının deputatı təyin edilib. Ölkə başçısının digər bir Fərmanı ilə Maulen Aşimbayev Qazaxıstan Prezidenti Administrasiyası rəhbərinin birinci müavini vəzifəsindən azad edilib.
Mərkəzi Seçki Komissiyası Maulen Aşimbayevi Qazaxıstan Parlamenti Senatının deputatı kimi qeydə almışdı.
Xatırladaq ki, mayın 2-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Fərmanı ilə Nazarbayevanın Senatın deputatı postunda səlahiyyətlərini dayandırdı. Daha sonra ölkə başçısı göstərdiyi xidmətə görə parlamentin yuxarı Palatasının spikerinə minnətdarlığını bildirdi.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]