Qazaxıstanda ADA Universiteti haqqında təqdimatlar edilib
Astana, 18 fevral, АZƏRTAC
Qazaxıstanda ADA Universiteti haqqında təqdimatlar edilib.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanın N.Nazarbayev adına Universiteti, L.Qumilyov adına Avrasiya Universiteti və Almatı şəhərində Əl-Fərabi adına Dövlət Universitetində və bir neçə orta məktəbdə ADA Universiteti haqqında təqdimatlar edilib.
ADA Universitetinin nümayəndəsi Aytəkin Hüseynova təqdimatda ali məktəbə qəbul qaydaları haqqında ətraflı məlumat verib. Həmçinin universitetin magistraturasına qəbul qaydaları, ixtisaslar, təcrübə mübadiləsi, tələbələr üçün karyera hazırlıq mərkəzi, təqaüd proqramları, dil kursları və digər məsələlərdən geniş danışılıb.
Təqdimatda universitetin sosial məsuliyyət tədbirlərində iştirakı və universitet həyatı ilə bağlı digər məsələlər barədə ətraflı söhbət açılıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana