QAZAXISTANDA AKTAU-BAKI SİSTEMİNİN YARADILMASI İSTİQAMƏTİNDƏ REAL İŞLƏR GÖRÜLÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Qazaxıstanın energetika və mineral ehtiyatlar naziri Suat Mınbayev Astanada keçirdiyi mətbuat konfransında bildirmişdir ki, neftin Xəzər dənizi vasitəsilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə çatdırılması üçün Aktau-Bakı sisteminin yaradılmasının sürətləndirilməsi istiqamətində real addımlar atılmağa başlanmışdır. Bu məqsədlə, aprelin 24-də ölkə parlamentinin Senatı Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan layihəsinə qoşulması ilə bağlı müqaviləni təsdiq etmişdir.
Nazir demişdir ki, Aktau-Bakı sistemi ilə əvvəlcə ildə 23, sonrakı mərhələdə 35, layihə tam gücü ilə işə düşdükdən sonra isə 56 milyon ton neft nəql olunacaqdır.
Suat Mınbayev demişdir: “Yeni nəqliyyat sistemi ilə ildə 35 milyon ton neft nəql etmək üçün bizə 7 iritutumlu yük gəmisi lazımdır. Hazırda bu istiqamətdə iş aparırıq. Birgə daşımalar Qazaxıstan və Azərbaycanın bayraqları altında həyata keçiriləcəkdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [14:40]
SOCAR-ın “yaşıl istiqraz”ları üzrə növbəti kupon ödənişi edilib
- 08.06.2026 [14:37]
® “Expressbank”dan Mingəçevirdə təmizlik aksiyası
- 08.06.2026 [12:43]
Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir
- 08.06.2026 [12:05]
® “AzInTelecom” IV Milli Kibertəhlükəsizlik Forumunda
- 08.06.2026 [11:47]
Yanvar-may aylarında istehlakçılara 87 milyon manat ƏDV qaytarılıb
- 08.06.2026 [10:52]