Qazaxıstanda avqustun 31-dən karantin rejiminin yumşaldılmasının ikinci mərhələsinə başlanılır
Nur-Sultan, 26 avqust, AZƏRTAC
Qazaxıstan hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün tətbiq edilmiş karantin tədbirlərinin yumşaldılmasının ikinci mərhələsinə avqustun 31-dən başlanılmasına dair qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə İdarələrarası Komissiyanın iclasının yekunlarına dair məlumatda deyilir.
Məhdudlaşdırıcı tədbirlər COVID-19-un ölkə üzrə yoluxma dərəcəsində 10 dəfə, təcili yardım çağırışlarının sayını 4,2 dəfə azalmalardan sonra qərara alınıb.
Qeyd edək ki, Qazaxıstanda son günlərdə yoluxma sayında azalmalar qeydə alınıb.
Xatırladaq ki, avqustun 17-dən Qazaxıstanda karantinin mərhələli şəkildə yumşaldılmasına başlanılıb. 2019-cu ilin dekabr ayından yayılan yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı 2020-ci ilin mart ayından Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada pandemiya elan olunub. COVID-19 ilə mübarizə sahəsində hazırda əksər dövlətlərdə karantin rejimi tətbiq olunsa da, mövcud məhdudiyyətlər sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılır, karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edilir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]
İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?
- 10.08.2026 [13:07]
Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib
- 10.08.2026 [13:05]
Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb
- 10.08.2026 [12:49]
Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb
- 10.08.2026 [11:59]
Nijnekamsk şəhərində ölənlərin sayı 12 nəfərə çatıb – YENİLƏNİB
- 10.08.2026 [11:40]