Qazaxıstanda neft hasilatı və ixracı artıb
Astana, 17 dekabr, AZƏRTAC
Qazaxıstanda 2025-ci ilin yanvar-noyabr aylarında neft və qaz kondensatı hasilatı 91,9 milyon ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 114,1 faizdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan energetika nazirinin müavini Sunqat Yesimxanov hökumətin iclasında məlumat verib.
Onun sözlərinə görə, cari ilin yekunları üzrə neft hasilatı planı 96,2 milyon ton müəyyən edilib. Hesabat dövründə neft ixracı 73,4 milyon ton olub ki, bu da 2024-cü ilin analoji dövrü ilə müqayisədə 116,1 faiz təşkil edir. O bildirib ki, 2025-ci il üzrə 70,5 milyon ton həcmində nəzərdə tutulan ixrac planı artıq icra olunub.
Nazir müavini qeyd edib ki, 11 ayda qaz hasilatı 62,8 milyard kubmetr olub və bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 116,7 faizdir. Beləliklə, 2025-ci il üzrə qaz hasilatı planı tam yerinə yetirilib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]
FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb
- 05.06.2026 [14:53]
Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir
- 05.06.2026 [14:48]
Kreml: Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb
- 05.06.2026 [14:01]