“Qəbələ” komandasının rəqibi İspaniyanın “Real Sosyedad” klubu ilə yoldaşlıq görüşü keçirəcək
Bakı, 11 avqust, AZƏRTAC
“Qəbələ” komandasının UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsindəki rəqibi “Panatinaikos” klubu təlim-məşq toplanışı keçirəcək.
AZƏRTAC “Panatinaikos” klubunun saytına istinadla xəbər verir ki, İspaniyanın San-Sebastian şəhərinə yola düşəcək komanda avqustun 12-də “Anoeta” stadionunda bu ölkənin La Liqa təmsilçisi “Real Sosyedad” kollektivi ilə qarşılaşacaq.
Baş məşqçi Gannis Anastasiu İspaniyaya aparacaq heyətə 22 futbolçu daxil edib.
Qeyd edək ki, “Qəbələ” (Azərbaycan) və “Panatinaikos” (Yunanıstan) kollektivləri arasındakı görüşlər avqustun 20-də Bakıda və 27-də Afinada təşkil ediləcək.