İDMAN
“Qəbələ” komandasının Ukraynada toplanışı başlayıb
Bakı, 2 sentyabr, AZƏRTAC
Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilədə təlim-məşq toplanışı üçün Ukraynaya yollanan “Qəbələ” hazırlıqlara başlayıb.
AZƏRTAC xəbər verir ki, sentyabrın 1-də altıgünlük hazırlıqlara başlayan “Qəbələ” komandası Odessa toplanışı çərçivəsində ilk məşqinə çıxıb. Səfərin ilk günündə bir məşqlə kifayətlənən komandamızın hazırlığında millinin üzvləri iştirak etməyib.
Hazırlıq fiziki çalışmalardan ibarət olub. Roman Qriqorçukun yetirmələri sentyabrın 2-də – toplanışın ikinci günündə də bir məşqlə kifayətlənəcək.
“Qəbələ” hazırlığın sonuncu günündə – sentyabrın 6-da “Çernomorets” stadionunda eyniadlı komanda ilə yoldaşlıq oyunu keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:26]
Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb
- 30.04.2024 [16:48]
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
- 30.04.2024 [15:47]
Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib
- 30.04.2024 [14:46]
Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək
- 30.04.2024 [14:18]
Acun Ilıcalı daha bir futbol klubunu satın alır
- 30.04.2024 [13:32]