Qəbələ Rayon Mərkəzi Xəstəxanası regionda bir ilkə imza atıb
Qəbələ, 7 noyabr, AZƏRTAC
Bundan sonra Şimal-Qərb və ətraf rayonların sakinləri uzaq yol qət etmədən, əlavə xərc çəkmədən aktiv plevradaxili qanaxma, hemopnevmatoraks xəstəliyindən elə regionda xilas ola biləcək.
Bu barədə AZƏRTAC-a Qəbələ Rayon Mərkəzi Xəstəxanası rublik huqiqi şəxsin direktoru Ceyhun Əhmədov məlumat verib.
Direktorun sözlərinə görə, bu günlərdə xəstəxanaya Zaqataladan olan 21 yaşlı gənc pasiyent müraciət edib. İlkin müayinələr zamanı xəstədə aktiv plevradaxili qanaxma, hemopnevmatoraks aşkarlanıb. O, dərhal cərrahiyyə əməliyyatına götürülüb və xəstədə döş qəfəsi açılmadan endoskopik ağciyər əməliyyatı icra olunub.
Əməliyyat xəstəxana direktorunun cərrahi xidmətlər üzrə müavini Cəmil Ələkbərov tərəfindən uğurla həyata keçirilib. Onun sözlərinə görə, bu çətin cərrahi əməliyyat regionda ilk dəfə icra edilib.