ELM VƏ TƏHSİL
QƏBƏLƏDƏ 208 NƏFƏR TƏLƏBƏ ADINI QAZANIB
Qəbələ rayon məktəblərini bu il 974 nəfər bitirmiş, onlardan 600 nəfəri ali məktəblərə sənəd vermişdi. Məzunların 182 nəfəri test imtahanından uğurla çıxaraq ilkin turda, 26 nəfəri isə o biri turlarda tələbə adını qazanmışdır.
Rayon sənəd qəbulu komissiyasının məsul katibi Nahib Əhmədovun AZƏRTAC-a verdiyi məlumata görə, qəbələli abituriyentlər əvvəlki illərlə müqayisədə daha uğurlu nəticələr göstərmişlər. Təkcə Vəndam kəndindən bu il 56 nəfər ali məktəbə daxil olub. Ən yüksək nəticəni isə Vəndam 1 nömrəli orta məktəbinin məzunu Kamil Əliyev göstərib. O, 620 balla İqtisad Universitetinin tələbəsi adını qazanıb.