QƏBƏLƏDƏ FERMERLƏRƏ KOMPENSASİYA VERİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Qəbələ rayonunun Nic kəndindəki təsərrüfatlarda sonuncu donuzlar fevralın 16-da məhv edilmişdir.
Xatırladaq ki, bu kənddəki fərdi təsərrüfatlarda saxlanılan donuzlarda “Afrika taunu” xəstəliyi aşkarlandığına görə Dövlət Baytarlıq Xidməti yanvarın 28-dən ərazidə karantin elan etmiş, yaradılmış epizootik qrup buradakı 4800 başdan artıq donuzun məhv edilməsini qərara almışdı.
Məhv edilmiş donuzların sahiblərinə kompensasiya veriləcəkdir.
Hazırda kəndin əlavə giriş-çıxış yolları bağlıdır. Yaşayış məntəqəsinin əsas giriş yolunda buraxılış məntəqəsi fəaliyyət göstərir və maşınların şinləri xüsusi preparatlarla dezinfeksiya olunur. Kənddə heyvan kəsimi, oradan ət və ət məhsullarının çıxarılmasına qoyulan qadağalar qüvvədədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]