Qəbələdə II Dünya müharibəsinin iştirakçısı evində ziyarət olunub
Qəbələ, 9 may, Mustafa Dadaşov, AZƏRTAC
9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin əməkdaşları rayonun Bum qəsəbə sakini, İkinci Dünya müharibəsinin iştirakçısı Aləmmədov Fətullah Səbzalı oğluna evində baş çəkərək, veterana hədiyyə təqdim ediblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Görüşdə II Dünya müharibəsində faşizm üzərində qələbənin təmin olunmasında azərbaycanlıların çox böyük rolu və payı olduğu xüsusi vurğulanıb.
Müharibə veteranı onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.