Qəbələdə koronavirus infeksiyasına qarşı dezinfeksiya tədbirləri davam etdirilir
Qəbələ, 14 avqust, Mustafa Dadaşov AZƏRTAC
COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Qəbələ rayonunda dezinfeksiya tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qəbələ şəhərində təşkil edilən növbəti kütləvi dezinfeksiya tədbirləri zamanı şəhərin prospekt və küçələri, səkilər, yaşayış məhəllələri dezinfeksiyaedici maddələrlə yuyulub, çoxmənzilli binaların giriş blokları və pilləkənlər, gündəlik tələbat malları mağazalarının, apteklərin giriş-çıxışları, bankomatların yerləşdiyi ərazilər təkrar dezinfeksiya olunub.
Yerli sakinlərin və rayona gələn turistlərin sağlamlığının qorunması məqsədilə Qəbələdə sanitar-dezinfeksiya işləri mütəmadi olaraq davam etdiriləcək.