REGİONLAR
Qəbələdə “Sənətin varsa, sənədin olacaq” layihəsi çərçivəsində tədbir keçirilib
![](/files/galleryphoto/2022/3/1200x630/16691274874167563498_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1669127487111352113_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16691274876012831471_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16691274871948625921_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16691274875470828581_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1669127487625858279_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16691274875726360809_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16691274874779862410_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16691274873723659143_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16691274874849459074_1200x630.jpg)
Qəbələ, 22 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Sənətin varsa, sənədin olacaq” layihəsi çərçivəsində daha bir təltifetmə tədbiri Qəbələ şəhərində keçirilib. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq çərçivəsində təşkil olunan tədbirdə qiymətləndirmə prosesində uğurlu nəticə əldə etmiş ərizəçilər, həmçinin regionda fəaliyyət göstərən işəgötürən nümayəndələr iştirak ediblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Agentliyin Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Samirə Quliyeva ölkəmizdə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması prosesinin önəmi, işəgötürənlərin prosesdəki rolu və maraqları barədə təqdimatla çıxış edib.
Agentliyin regiondakı rəsmi tərəfdaşı olan Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev peşə təhsilinin ölkəmizdəki cari vəziyyəti, eləcə də formal təhsil ala bilməyən, müxtəlif peşə sahələrində çalışan vətəndaşların peşəkar fəaliyyətinə dəstək olan “Sənətin varsa, sənədin olacaq” layihəsinin cəmiyyət üçün əhəmiyyətindən danışıb.
Tədbir zamanı “Baytar texniki” peşə ixtisası üzrə Qiymətləndirmə Komissiyasının üzvü Vüsal Abbasova prosesdəki səmərəli əməkdaşlığına görə təşəkkürnamə təqdim edilib.
Samirə Quliyeva Qəbələ Aqropark MMC-nin direktoru Sərdar Hacıyevə müəssisənin praktiki imtahanda göstərdiyi təşkilati dəstəyə görə minnətdarlığını bildirib.
Sonda tədbir iştirakçılarına qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması üzrə sertifikatlar təqdim olunub.