Qəbələdə Zəfər Gününə həsr olunan intellektual yarışın qalibləri müəyyənləşib
Qəbələ, 6 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Zəfər Günü münasibətilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsinin birgə təşkilatçılığı ilə tələbələr arasında “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış keçirilib.
Peşə Təhsil Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yarışda hər komandada 6 nəfər olmaqla, 12 komanda iştirak edib. Yarışda ümumilikdə 24 sual səsləndirilib.
Yekun nəticələrə əsasən, “Zəfər” komandası birinci yerə layiq görülüb. “Suqovuşan” və “Polad Həşimov” komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qalib komandalara diplom, sertifikat və hədiyyələr təqdim edilib.