Qələbə estafeti Azərbaycan ərazisindən keçəcək
Bakı, 6 fevral, AZƏRTAC
Murmanskda Rusiyanın Federal Sərhəd Xidmətinin təşkilatçılığı ilə MDB iştirakçı dövlətlərinin dövlət sərhədi boyunca keçəcək Qələbə estafeti start götürüb. Tədbir Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinə həsr olunub.
“Azərbaycan” Mədəniyyət Mərkəzi” Murmansk vilayət ictimai təşkilatının və RAGB-nin yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirib ki, Qələbə estafeti Azərbaycan Respublikasının ərazisindən də keçəcək.
Bu gün həm də Belarusun Brest şəhərində start götürən Qələbə estafeti Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan doqquz ölkənin ərazisindən iki marşrut üzrə keçəcək və mayın 28-də - Sərhədçilər Günündə Moskvadakı naməlum əsgərin məzarında başa çatacaq.