Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi Azərbaycana qayıdış və işğal dövrü: Hüquqi aspektlər

Qərbi Azərbaycana qayıdış və işğal dövrü: Hüquqi aspektlər

Bakı, 9 dekabr, AZƏRTAC

Azərbaycan xalqı ötən iki əsrdə Ermənistan tərəfindən məruz qaldığı silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürmə və soyqırımlarından böyük əziyyət çəkmişdir. Ermənistan dövlətinin azərbaycanlılara qarşı törədiyi əməllərin araşıdırılması və buna hüquqi qiymət verilməsi iki istiqamət üzrə aparılmalıdır. Birinci istiqamət, Qərbi Azərbaycandan (indiki Ermənistan ərazisindən) deportasiya edilmiş azərbaycanlıların hüquqları; ikinci istiqamət, işğal dövründə Ermənistan dövləti tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlər və bunlara görə hüquqi məsuliyyət məsələləri.

AZƏRTAC Bakı Dövlət Universitetinin müəllimi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasinin üzvü Polad Mehdiyevin mövzu ilə əlaqədar məqaləsini təqdim edir.

Üç mərhələdə həyata keçirilən deportasiya

Ermənistan dövləti tərəfindən Qərbi Azərbaycandan (indiki Ermənistan ərazisindən) azərbaycanlıların deportasiyasının ötən əsrin əvvəllərindən başlayaraq üç mərhələdə həyata keçirilmişdir: 1905-1920,1948-1953 və1987-1991-ci illər.

Azərbaycanlıların deportasiyası zamanı yüz minlərlə azərbaycanlı (sadəcə sonuncu deportasiya mərhələsində 250 mindən artıq) əhali qanuni yerləşdiyi yerlərindən qovulmuş, yaşamaq, azadlıq və mülkiyyət hüquqlarından məhrum edilmişlər. Minlərlə insan qətlə yetirilmiş və çoxlu sayda yaşayış evləri dağıdılmışdır. Ötən dövr ərzində ərazidə azərbaycanlılara məxsus olan tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılmış, yer adları dəyişdirilmiş (bu barədə SSRİ Nazirlər Kabinetinin və Ermənistan SSRİ-nin çoxlu sayda sərəncamları mövcuddur), azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı-seçkilik həyata keçirilmişdir. Manuk Vardanyanın etirafına görə, ölkədəki bütün türk mənşəli sözlərin dəyişdirilməsi üçün onlara 2007-ci ilin sonuna qədər vaxt lazım olub.

“Azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Ulu Öndər Heydər Əliyev tərəfindən 18 dekabr 1997-ci il tarixli Fərman imzalanmışdır. Bu tarixi sənəd azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsini, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsini və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə dövlət komissiyasının yekununda Azərbaycan Respublikası Prezidentinin Fərmanı kimi yayımlandı. Fərmanda qeyd edilir ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. Bu proses bölgəni etnik cəhətdən yekcins (homogen) etmək, indiki Ermənistan ərazisini "təmizlənmək" məqsədi ilə azərbaycanlıların yaşadığı yerlərdən sistematik şəkildə, zorakılıqla çıxarılması prosesidir. Yəni etnik təmizləmədir.

Azərbaycanlıların köçürülməsinə yeganə səbəb irqi ayrı-seçkilik, onların məhz azərbaycanlı olmaları idi

Etnik təmizləmə müəyyən bir ərazinin homogen etnik tərkibinin yaradılması cəhdi kimi tövsif edilir. Azərbaycanlılara qarşı etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilmişdir. Qərbi Azərbaycandan azərbaycanlıların köçürülməsinə yeganə səbəb irqi ayrı-seçkilik, onların məhz azərbaycanlı olmaları idi. Aparılmış etnik təmizləmə nəticəsində indi həmin ərazidə müstəsna olaraq ermənilər yaşayır. Azərbaycanlılara qarşı törədilmiş bu deportasiya, irqi-ayrıseçkilik və s. cinayətlərə dair hələ də Beynəlxalq Ədalət Məhkəməsində - Haaqada hüquqi qiymət verilməyib. Digər tərəfdən 1991-ci ilədək Qərbi Azərbaycanda (indiki Ermənistan ərazisində) yaşamış azərbaycanlılar Ermənistan SSR-nin vətəndaşları olublar. Onların bu günədək həmin vətəndaşlıqdan məhrum edilməsi və ya vətəndaşlıqdan imtina etmələri barədə hər hansı hüquqi əsas mövcud deyil. Əgər vətəndaş yaşadığı ölkədən öz iradəsinin ziddinə olaraq, işgəncə, ölüm və digər zorakılıq hərəkətləri nəticəsində zorla çıxarılıbsa, bu, onun həmin ölkə vətəndaşlığından məhrum edilməsi üçün əsas verə bilməz. Ermənistan SSR-nin həmin dövrdə qüvvədə olan 1978-ci il Konstitusiyasının 31-ci maddəsinə əsasən “vahid SSRİ vətəndaşlığı barədə qaydalara uyğun olaraq, hər bir Ermənistan vətəndaşı, həm də SSRİ vətəndaşıdır”. “SSRİ vətəndaşlığı” haqqında qanunun 7-ci maddəsinə görə isə vətəndaşlığın itirilməsi yalnız məhkəmə qərarı ilə və ya SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarına əsasən həyata keçirilə bilər. Ermənistan SSR-dən zorla çıxarılmış yerli azərbaycanlıların həmin ölkədəki vətəndaşlıq hüquqlarının itirilməsi barədə heç bir məhkəmə və ya SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı mövcud deyil.

Qərbi azərbaycanlıların qayıdış hüquqlarının təmin olunmasında Ermənistan Respublikası məsuliyyət daşıyır

Ermənistan müstəqilliyi haqqında 21 sentyabr 1991-ci il tarixli bəyannaməyə əsasən, Ermənistan Respublikası özünü Ermənistan SSR-nin siyasi və hüquqi varisi elan etmişdir. Bununla da sələfinin bütün beynəlxalq və ölkədaxili bütün öhdəliklərini öz üzərinə götürmüşdür. Bu isə o deməkdir ki, Ermənistan SSR zamanında öz vətəndaşları olan qərbi azərbaycanlılara qarşı törədilmiş bütün cinayətlərə görə, eyni zamanda, onların geri qayıdış hüquqlarının təmin olunmasında indiki Ermənistan Respublikası birbaşa həm siyasi, həm də hüquqi məsuliyyət daşıyır. Qeyd edilən hüquqi əsaslara əsasən, hesab edirəm ki, Ermənistandan zorla çıxarılmış azərbaycanlıların Ermənistan Respublikasının vətəndaşlıq hüquqları bərpa olunmalıdır.

İndiki Ermənistan ərazisindən zor gücünə qovulan soydaşlarımızın tarixi yurd yerlərinə qayıtmaq istəyi, eyni zamanda, onların beynəlxalq konvensiyalarla təsbit olunan hüquqlarıdır. Qərbi azərbaycanlıların Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüquqları vardır. Belə ki, beynəlxalq insan hüquqları standartlarını formalaşdıran, insanların bərabər hüquqlara malik olması fikrinə əsaslanan, BMT-nin Baş Assambleyası tərəfindən 10 dekabr 1948-ci il tarixində qəbul edilən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinə əsasən “Hər bir insan hər bir dövlətin hüdudları daxilində sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququna malikdir. Hər bir insan öz ölkəsi də daxil olmaqla, istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna malikdir”. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi universal beynəlxalq hüquqi aktdır, Bəyannamədə nəzərdə tutulmuş bir sıra hüquqlardan irəli gələn öhdəliklər “erga omnes” xarakterlidir, yəni beynəlxalq münasibətlərin iştirakçısı kimi hər hansı bir suveren dövlət ümumdünya xarakterli olan bütün dünya ictimaiyyəti qarşısında müəyyən sayda öhdəlik daşıyır.

Nəzərə alaq ki, “Ermənistanın müstəqilliyi” haqqında 21 sentyabr 1991-ci il tarixli Bəyannaməyə əsasən, Ermənistan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin prinsiplərini rəhbər tutur, belə olan halda onlar həm dövlətdaxili hüquqa, həm də beynəlxalq hüquqa əsasən, Bəyannamə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməyə, eyni zamanda, azərbaycanlıların öz doğma torpaqları olan indiki Ermənistan ərazisinə ləyaqətli və təhlükəsiz qayıdışını təmin etməyə borcludur. Bundan başqa, “Mülki və siyasi hüquqlar” haqqında Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, “Hansısa dövlətin ərazisində olan hər bir kəs bu ərazinin hüdudları daxilində sərbəst hərəkət etmək və yaşayış yerini sərbəst seçmək hüququna malikdir. Heç kim öz ölkəsinə gəlmək hüququndan özbaşınalıqla məhrum edilə bilməz”.

Qərbi Azərbaycana qayıdışla bağlı hüquqi aspektlər arasında Ermənistan dövləti tərəfindən Qərbi Azərbaycanda yaşamış soydaşlarımıza qarşı əsrlər boyu törədilən cinayətlərin müəyyən edilməsi, sübuta yetirilməsi, qanunvericilikdə nəzərdə tutulan qaydada və beynəlxalq standartlara uyğun rəsmiləşdirilməsi, mümkün təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi önəmli rol oynayır.

Azərbaycan Respublikasının Baş prokurorunun müavini Elmar Camalov bildirib ki, 30 mart 2023-cü il tarixində Azərbaycan Respublikası Baş prokuroru Kamran Əliyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırım), 107 (əhalini deportasiya etməvə ya məcburi köçürmə), 109 (təqib), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanmış və cinayət işinin aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. Cinayət işi üzrə ibtidai istintaqın gedişində xarici ölkələrin prokurorluq orqanlarına hüquqi yardım haqqında vəsatətlərin göndərilməsi və beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi nəzərdə tutulur. Həqiqətən də, qeyd olunan faktlarla beynəlxalq və ölkədaxili qanunvericilikdə nəzərdə tutulan soyqırımı, əhalini deportasiya etmə və ya məcburi köçürmə, təqib, adam öldürmə cinayətlərinin əlamətləri olduğuna görə həmin xüsusatlar üzrə cinayət işi başlanaraq, istintaq aparılması yerində atılmış bir addımdır. Onu da qeyd etmək lazımdır ki, Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi istiqamətində Qərbi Azərbaycan İcması tərəfindən müstəsna əhəmiyyət kəsb edən işlər görülməkdədir.

Qayıdış konsepsiyasının əsas məqamları

İcma tərəfindən indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə Qayıdış konsepsiyası hazırlanıb qəbul edilmişdir. Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün icmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.

Sənədin əsas məqamları aşağıdakılardır:

- İndiki Ermənistandan qovulmuş bütün azərbaycanlıların və onların törəmələrinin öz yurdlarına qayıtmaq hüququ var. Bu hüququn ləyaqətli və təhlükəsiz şəkildə reallaşmasına şərait yaradılmalı, insanlar ora qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqları təmin olunmalıdır;

- qayıdış prosesi müvafiq zəmanətləri və verifikasiya mexanizmləri olan beynəlxalq hüquqi təminat çərçivəsində baş verməlidir;

- qayıdacaq insanların təhlükəsizliyini təmin etmək üçün qayıdış olacaq ərazilərə müvafiq mandatla beynəlxalq sülh missiyası yeridilməlidir. Həmin missiya İcmanın etibar etdiyi ölkələrin qüvvələrindən ibarət olmalıdır;

- qayıdış prosesində qovulmadan əvvəlki məskunlaşma coğrafiyası bərpa edilməlidir. Geri qayıdanları pərakəndə səpələmək insan hüquqlarına zidd cəhd kimi rədd ediləcək.

- Ermənistan qayıdacaq azərbaycanlıların fərdi və kollektiv hüquqlarının təminatı üzrə beynəlxalq nəzarət və monitorinq mexanizmi çərçivəsində icma ilə konstruktiv dialoqa başlamalıdır;

- qayıdacaq azərbaycanlıların Azərbaycan ilə xüsusi bağları nəzərə alınaraq, onların Azərbaycan Respublikası ilə maneəsiz əlaqəsinə şərait yaradılmalıdır;

- Ermənistan hökuməti qayıdacaq azərbaycanlıların mülkiyyət hüquqlarını bərpa etməli, onların evlərini, icma torpaqlarını qaytarmalıdır;

- Qərbi azərbaycanlılar erməni xalqı ilə barışığa, dinc və yanaşı yaşamağa hazırdır. Ermənistan hökuməti barışığı təşviq etmək üçün səylər göstərməli, dağıdılmış Azərbaycan mədəni irsini bərpa etməli, qorumalı, həyata keçirdiyi yer adları dəyişikliklərini ləğv etməli və azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinə son verməlidir;

- İcma Qərbi azərbaycanlıların legitim nümayəndəsi və maraqlı tərəf kimi qayıdış prosesi və sonrakı dövrdə bütün müvafiq proseslərdə iştirak etməlidir.

Qərbi azərbaycanlıların öz yurd-yuvalarına qayıtmaları sülh müqaviləsi ilə öz həllini tapa bilər

Məlum olduğu kimi, Bakıda və digər Azərbaycan şəhərlərində minlərlə erməni əhali yaşamaqdadır. Ermənistan və bəzi qərb dövlətləri son anti-terror tədbirləri nəticəsində bölgədən köç etmiş ermənilərin müəyyən şərtlər daxilində Azərbaycana qayıtmalarını və bu məsələnin Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh müqaviləsində öz həllini tapmasını istəyirlər. Buna uyğun olaraq Qərbi azərbaycanlıların öz yurd-yuvalarına qayıtmaları məsələsi şərt kimi irəli sürülə və bağlanacaq sülh müqaviləsi ilə öz həllini tapa bilər.

Digər bir məsələ, işğal dövründə Ermənistan dövləti tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlər və bunlara görə hüquqi məsuliyyət məsələləridir. Ermənistan və Azərbaycanın ərazisində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən Birinci Qarabağ müharibəsi dövründən son anti-terror tədbirlərinə qədər olan dövr ərzində xalqımıza qarşı beynəlxalq cinayət hüququna görə təcavüz, genosid (soyqırımı), insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və.s törədilmişdir.

Bu əməlləri törətməklə Ermənistan 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasını pozub. Cenevrə Konvensiyaları ilə cinayət sayılan bütün cinayət əməlləri xalqımıza qarşı törədilib. Ermənistan asimmetrik müharibə aparıb, mülki obyektlərə ziyan vurub, əsirlərə, girovlara əzab verib. Ermənistan müharibə zonasından kənarda yerləşən obyektləri atəşə tutub və mülki şəxsləri qətlə yetirib. Bundan əlavə, mülki və hərbi obyektləri qadağan edilmiş silahlardan atəşə tutub. İstifadə edilən silahlar beynəlxalq səviyyədə qadağan edilmiş silahlardır. Həmin cinayətlərinə görə cəza tədbirlərinin görülməsi beynəlxalq təşkilatların prioritet istiqamətlərindən biridir. Azərbaycan və Ermənistan Cenevrə konvensiyalarının iştirakçısıdır və buna əməl etmək onların vəzifəsidir.

Xüsusilə qeyd etmək lazımdır ki, cinayəti törədən həm Ermənistan dövlətidir, həm də bu ölkənin ayrı-ayrı rəsmi şəxsləridir. Ermənistan beynəlxalq humanitar hüququn norma və prinsiplərini aşkar surətdə, qəsdən pozmaqla bəşəriyyət əleyhinə cinayət törədib və buna görə də hüquqi məsuliyyət daşıyır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH