QİÇS AVRASİYA ÜÇÜN BÖYÜMƏKDƏ OLAN TƏHLÜKƏDİR
HİV/QİÇS təkcə dəhşətli humanitar məsələ deyil, həm də dövlətləri əhəmiyyətli insan ehtiyatından məhrum edir. Heç bir dövlət bundan sığortalanmayıbdır. Qlobal ticarət, xaricdə müvəqqəti iş və turizm bizi bir-birimizə bağlamışdır.
Diplomat vurğulamışdır ki, bu bəla ilə mübarizə ABŞ üçün milli təhlükəsizlik məsələsidir. Prezident Buş QİÇS-ə Yardım təcili planı üçün 15 milyard dollar ayrılmasını üzərinə götürmüşdür. BMT, DST vasitəsilə, eləcə də Avropa və Orta Asiya da daxil olmaqla, 75-dən artıq ölkə ilə ikitərəfli surətdə işləyirik ki, bu bəlanın qarşısının alınmasına, onun daha da yayılmamasına nail olaq.
Cənab Harniş bildirmişdir ki, ABŞ Azərbaycanda HİV/QİÇS probleminin qarşısının alınması üçün USAİD çərçivəsində müxtəlif proqramlar həyata keçirir. Bu proqramlar səhiyyə işçiləri üçün ixtisasartırma kurslarının təşkilini və Azərbaycanın müxtəlif icmaları arasında informasiya təbliğini nəzərdə tutur.