Qida zəhərlənməsi müşahidə olunarsa zəhərlənən şəxsə çoxlu miqdarda maye içirdilməlidir
Bakı, 31 oktyabr, AZƏRTAC
Uyğun şəraitdə saxlanılmayan məhsullar qida zəhərlənmələrinə səbəb ola bilər.
AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, qida zəhərlənməsi halı müşahidə olunarsa, təcili olaraq mədə yuyulmalı, zəhərlənən şəxsə çoxlu miqdarda maye içirdilməli, ev şəraitində imalə olunmalıdır. Əgər bu mümkün olmazsa, hər 10 kiloqram bədən çəkisinə 1 tablet olmaqla kömür dərman vasitəsini əzib 1 stəkan suya qatıb içmək lazımdır. Bunu içməklə toksinlərin qana keçməsinin və zəhərlənmənin inkişafının qarşısını almaq olar.
Əgər zəhərlənmə inkişaf edərsə, onu ev şəraitində müalicə etmək məsləhət görülmür. Bu zaman mütləq zəhərlənən şəxs tibb müəssisəsinə yerləşdirilməli və ona tibbi yardım göstərilməlidir.
Təmizliyə riayət etməklə, qidanı emal edərkən düzgün temperaturda bişirməklə, bişən və çiy məhsulların təmasını kəsməklə, təhlükəsiz saxlanılma qaydalarına riayət etməklə qida zəhərlənmələrinin qarşısını almaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]
ÜST bir çox ölkədə COVID-19-un davamlı olması barədə xəbərdarlıq edib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]