QIRĞIZISTAN PARLAMENTİNDƏ ABŞ HƏRBİ BAZASI İLƏ ƏLAQƏDAR QƏRAR QƏBUL OLUNMUŞDUR
Müzakirələrdə deputatlar tələb etmişlər ki, ölkə vətəndaşını güllələyən hərbçi Zakari Xetfildin dindirilməsi, onun barmaq izlərinin götürülməsi, hərbçiyə məxsus “Beretta” markalı tapançanın Qırğızıstan hüquq-mühafizə orqanlarının nümayəndələrinə verilməsi təmin edilsın.
Qeyd olunmuşdur ki, faci ABŞ hərbçilərinin törətdikləri yeganə hadisə deyildir. Bundan əvvəl ABŞ hərbçisi Bişkekdə idarə etdiyi maşınla iki qızı vurmuş, onların biri həlak olmuş, digəri isə əlil olmuşdur. Bu il sentyabrın 26-da ABŞ-ın KC-135 təyyarəsi ekipajının günahı üzündən TU-154 sərnişin təyyarəsi aeroportdan havaya qalxarkən Amerika təyyarəsi ilə toqquşmuş, günahkarlar cəzalandırılmamış, bu haqda ölkənin hüquq-mühafizə orqanlarına heç bir məlumat təqdim edilməmişdir.
Xatırladaq ki, “Qansi” bazasındə xidmət edən hərbçilərin diplomatik (toxunulmazlıq) statusi var və onlar Qırğızıstanda hər hansı cinayət törətdikdə ancaq ABŞ-da mühakimə oluna bilərlər.