Qırğızıstan portalı Azərbaycan Prezidentinin xalqa son müraciətinə və müsahibələrinə geniş yer ayırıb
Bişkek, 21 oktyabr, АZƏRTAC
Qırğızıstanın “nazarnews.org” portalı ölkənin “turktoday.info” saytı ilə əməkdaşlığı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin AZƏRTAC-a istinadla xalqa son müraciətini və bəzi müsahibələrinin tam mətnini yayıb.
AZƏRTAC xəbər verir ki, portal Prezident İlham Əliyevin Türkiyə Böyük Millət Məclisinin Sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsinə də geniş yer ayırıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek