Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qırğızıstanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılıb

Bakı, 13 dekabr, AZƏRTAC

Görkəmli dövlət xadimi Heydər Əliyevin anım günündə Azərbaycanın Qırğızıstandakı səfiri, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun həmsədrləri, Azərbaycan xalqının Ümummilli Liderinin adını daşıyan 20 nömrəli məktəb-gimnaziya tədris-tərbiyə kompleksinin şagirdləri və müəllimləri bir dəqiqəlik sükutla onun əziz xatirəsini yad ediblər, foyedə qoyulmuş büstü önünə gül dəstələri düzüblər. Səfir məktəbə Heydər Əliyevin portretini hədiyyə edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Veçerniy Bişkek”də yazılıb.

Qırğız nəşri xatırladır ki, Ulu Öndərin əziz xatirəsi həm Azərbaycanda, həm də xaricdə böyük hörmətlə anılır. Bu il Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. May ayında ölkədə və dünyada müasir müstəqil Azərbaycanın memarı və qurucusunun 100 illiyi, dünən isə vəfatının 20 illiyi qeyd olunub.

“Azərbaycan xalqı ölkəmizin tarixində Heydər Əliyev kimi dahi şəxsiyyətin olması ilə fəxr edir. Bu il mühüm hadisələrlə zəngin olub. Bu il həm Ümummilli Liderimizin anadan olmasının 100 illiyi, həm də Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyinin 20 illiyi tamam olur. Bu il, həmçinin Azərbaycan xalqının ərazi bütövlüyünü tam bərpa etdiyinə görə tarixə düşəcək. Əlbəttə ki, 2023-cü il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi kimi də əlamətdardır. Dekabrın 12-də isə biz birlikdə Çingiz Aytmatovun anadan olmasının 95 illiyini qeyd etdik”, - deyə Azərbaycanın Qırğız Respublikasındakı səfiri Lətif Qəndilov nəşrə bildirib.

Səfir diqqətə çatdırıb ki, Heydər Əliyev həm keçmiş İttifaqda, həm Vətənində, həm digər ölkələrdə böyük etimad və hörmət qazanmışdı, çünki o, qlobal miqyaslı vəzifələri həll etməyə qadir olan müdrik siyasi xadim idi. O, hər zaman Azərbaycan üçün çətin olan dövrlərdə xalqın yanında olub. 1993-cü ildə hökumət böhranı fonunda xalq məhz Heydər Əliyevi hakimiyyətə dəvət etməyi tələb etdi. Onun müasir müstəqil Azərbaycanın memarı və qurucusu adlandırılması təsadüf deyil. Məhz o, xalqla birlikdə indiki güclü və müstəqil ölkənin əsasını qoyub. “O, hələ 1969-cu ildə Azərbaycanın Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində olarkən Azərbaycanın fenomenal gələcəyinin bünövrəsini qoymuşdu. Onun struktur iqtisadi islahatları, apardığı siyasət Qarabağı azad edənləri yetişdirmək imkanı yaradıb, - deyə səfir Qəndilov vurğulayıb. - Ulu Öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri dünya azərbaycanlılarının şüarına, xalqın həmrəyliyinin təməl daşına çevrilib. Ən çətin vaxtlarda o, xalqı inandırıb ki, qələbə istənilən halda bizim olacaq, çünki həqiqət bizim tərəfimizdədir. Onun sözləri bizi qələbədən-qələbəyə aparıb”.

Diplomat deyib ki, 2020-ci ildə Şuşa şəhəri azad olunanda Prezident İlham Əliyev, ilk növbədə, Azərbaycanın Ümummilli Liderinin məzarını ziyarət etdi və dedi ki, o, atasının vəsiyyətini yerinə yetirdi: “Şuşa azaddır. Bu, böyük Zəfərdir!”

“Heydər Əliyev Azərbaycanı məhv olunmaqdan xilas edibsə, İlham Əliyev daha irəli addımlayıb - o, bizdən alınan ərazini qaytardı, ədaləti bərpa etdi. O, Heydər Əliyev kimi, lap əvvəldən qələbəyə və haqlı olduğuna əmin idi”, - deyə diplomat qeyd edib.

“Heydər Əliyevlə işləmək mənə nəsib olub. O, təkcə Azərbaycanın deyil, həm də keçmiş İttifaqın təhsilinə, mədəniyyətinə, incəsənətinə çox böyük töhfə verib. Onun təhsil layihələrindən biri o dövrdə Azərbaycanda tədris olunmayan ixtisaslar üzrə Moskva, Leninqrad və Kiyevə məni və bir neçə soydaşımı təhsil almağa göndərməsi oldu. O, bu layihə ilə çox fəxr edirdi, respublikadan kənarda oxuyan insanların siyahısını göstərərək deyirdi ki, biz ölkənin sərvətiyik. Əlbəttə ki, biz onun gözləntilərini və ümidlərini doğrultmağa çalışırdıq. Bu layihədə iştirak edənlərdən bir çoxları indi dövlət strukturlarında rəhbər vəzifələrdə çalışırlar. Heydər Əliyevin dediyi kimi, biz fəxr edirik ki, azərbaycanlıyıq. Fəxr edirik ki, bizim belə Ümummilli Liderimiz var idi”, - deyə Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun həmsədri İqbal Babayev bildirib.

Qırğızıstan tərəfindən Fondun həmsədri Almaz Mambetov əlavə edib ki, Prezident İlham Əliyev atasının müdrik siyasətini uğurla davam etdirir. “Azərbaycanın nüfuzu durmadan artır və bunların hamısı görkəmli siyasi xadim Heydər Əliyevin yaratdığı bünövrədə baş verir. Onun həyatı timsalında şəxsiyyətin tarixdə necə böyük rol oynadığını dərk etmək mümkündür”, - deyə Almaz Mambetov qeyd edib.

20 nömrəli məktəb-gimnaziya tədris-tərbiyə kompleksinin direktoru Kanıkey Alımkulova vurğulayıb ki, məktəb üçün Heydər Əliyev kimi dahi insanın, əfsanə insanın adını daşımaq böyük şərəfdir. “Hesab edirəm ki, məktəbimiz də onun təhsil layihələrindən biridir. Keçən il şagirdlərimiz Bakıya səfər etdilər, müasir Azərbaycanı gördülər və əsl liderin miqyasını və şəxsiyyətinin gücünü daha çox hiss etdilər. Sizi əmin edirəm ki, məktəbimizin hər bir şagirdi Qırğızıstanın Azərbaycan kimi böyük və etibarlı dostunun olduğunu bilir”, - deyə Kanıkey Alımkulova bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib