Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qlobal geosiyasət və təhlükəsizlik: maliyyə böhranı fonunda dəyişikliklər

Qlobal geosiyasət və təhlükəsizlik: maliyyə böhranı fonunda dəyişikliklər

Milli valyutaların ABŞ dollarına nisbətən dəyərdən düşməsi müxtəlif sahələrə təsir edir. İnsanların həyat səviyyəsi aşağı düşür, bir sıra ölkələrdə inflyasiya dərinləşir. Bu vəziyyətdən çıxış yolu axtarılır. O cümlədən Türkiyə Rusiya və Çinlə ticarəti milli valyuta ilə aparmaq qərarına gəlib. Mütəxəssislər bu dəyişikliyin geosiyasi dinamikaya ciddi təsir edə biləcəyini vurğulayırlar. Bu hadisələrin fonunda Yaxın Şərqdə hərbi durum da daha gərgin və dramatik hal alır. Suriyada vəziyyət xeyli qarışıb. Burada müharibə şiddətlənir, tərəflər arasında amansız toqquşmalar baş verir. Digər yandan isə İraqda İŞİD-lə mübarizə güclənir. Lakin orada həm də terror qruplarından bəziləri əlavə güc alırlar. Bütün bunlar regionun geosiyasi mənzərəsini kifayət qədər mürəkkəbləşdirir. Bəs onların nəticəsi necə ola bilər?

Siyasət və iqtisadiyyat: dünya müharibəsi ehtimalı

Yaxın Şərqdə terrorla mübarizə yeni dramatik məzmun kəsb etdikcə beynəlxalq səviyyədə meydana çətin problemlər çıxmaqdadır. Bu prosesə getdikcə böyük dövlətlərlə yanaşı, inkişaf etməkdə olan ölkələr də qatılır. Yaxın Şərqdə yerləşən nüfuzlu dövlətlər arasında mürəkkəb münasibətlər formalaşır. Hiss olunur ki, beynəlxalq münasibətlər sistemi gərginliyə doğru daha bir addım atmaqdadır. Bunun fonunda qlobal miqyasda maliyyə sahəsində müşahidə edilən hadisələr də çox maraq doğurur.

Dünyanın inkişaf etməkdə olan ölkələrinin milli valyutaları ABŞ dollarına nisbətən dəyərdən düşür. Türk lirəsi də zərər görənlər arasındadır. Buna qarşılıq Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya və Çin rəhbərliyi ilə danışaraq, ticarəti milli valyutalarla reallaşdırmaq haqqında fikir mübadiləsi aparıb. Yayılan informasiyaya görə, Ankara, Moskva və Pekin həmin məsələdə razılığa gəliblər. Dekabrın 4-də Kayseridə bir müəssisənin açılış mərasimində çıxış edən Baş nazir Binəli Yıldırım isə valyutanın dəyərdən düşməsinin arxasında bəzi dairələrin Türkiyəyə qarşı apardığı "iqtisadi oyunların" dayandığını xüsusi vurğulayıb. Həmin dairələrin Qərb olduğuna şübhə yoxdur. Yəni Ankara müşahidə edilən iqtisadi-maliyyə proseslərinin süni olaraq Qərb tərəfindən yaradıldığı qənaətindədir. Bu baxımdan Rusiya və Çin ilə ticarətin milli valyuta ilə aparılması təlimatının bir tərəfi geosiyasi seçimə bağlı kimi görünür.

Konkret ifadə etsək, böyük bir geosiyasi məkanda dövlətlərarası ticarət milli valyutalar vasitəsilə aparıla bilər ki, bunun da spontan olaraq meydana yeni geosiyasi problemlər çıxarması istisna edilmir. Məsələ ondan ibarətdir ki, bu cür addımları Qərb də özünə qarşı qurulan plan kimi qəbul edir.

Məsələn, ABŞ-ın yeni Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri ola biləcək general Maykl Flinn yazdığı son kitabda açıq göstərir ki, Amerikaya qarşı birləşmiş cəbhə yaradılır və bunun hərbi ilə yanaşı, iqtisadi, maliyyə, ticari və informasiya aspektləri də vardır (bax: Carlos Lozada. Trump’s national security adviser says he’s ready to fight another world war / "The Washington Post", 22 noyabr 2016).

O cümlədən Yaxın Şərqin böyük dövlətlərindən olan və eyni zamanda, Vaşinqtonun çox yaxın müttəfiqi sayılan Türkiyənin bu gedişi kifayət qədər ciddi geosiyasi çağırışdan xəbər verir. Məsələ həm də Avropa İttifaqı (Aİ) ilə münasibətlər kontekstində düşündürücüdür. Çünki Türkiyənin xarici ticarətində Avropa mühüm yer tutur. Aİ rəsmiləri də bu məqamı tez-tez vurğulayırlar. Buna qarşı Ankara fərqli mövqeyini nümayiş etdirməkdədir.

Əvvəlcə Ankara Aİ ilə viza rejiminin ləğvi məsələsinin həll edilmədiyi halda miqrantlarla bağlı müqaviləyə yenidən baxıla biləcəyini, sonra isə Avropa İttifaqı əvəzinə Şanxay Əməkdaşlıq Təşkilatını (ŞƏT) seçə biləcəyini bəyan etdi. Mürəkkəb maliyyə vəziyyətindən çıxmaq üçün milli valyutaya keçmək ideyasını isə ortaya atmaqla Ankara irəliyə doğru daha bir addım atmış oldu.

Belə çıxır ki, Türkiyə-Aİ münasibətlərində yeni çalarlar formalaşır. Hiss olunur ki, tərəflərin bir-birinə inamı xeyli azalıb. Bu prosesin dərinləşəcəyi halda Yaxın Şərqdə real olaraq fərqli geosiyasi dinamika özünü göstərə bilər. O cümlədən Türkiyənin Aİ-yə alternativ olan regional əməkdaşlıq formatlarından birinə üz tutması mümkündür. Onların sırasında ən çox ehtimal olunanı ŞƏT-dir.

Yeni alyans: formalaşa bilərmi?

Məhz bu kontekstdə Türkiyə-Rusiya və Türkiyə-Çin ticarətində milli valyutaya keçmək cəhdi birbaşa geosiyasi mənası olan məsələyə bənzəyir. Konkret desək, bir tərəfdən ABŞ dollarının Avrasiya məkanında mövqeyi zəifləmiş olur, digər tərəfdən isə başqa böyük dövlətlərin də milli valyuta ilə ticarətə keçməsi üçün stimul yaranır. Bu proses genişlənərsə, ABŞ dollarının universal valyuta funksiyasını yerinə yetirməsi perspektivinə ciddi zərbə dəymiş olur.

Lakin bütün bunların başqa bir tərəfi də vardır. Məsələ ondan ibarətdir ki, Vaşinqton həmin dəyişikliyə laqeyd qala bilməz. Çünki dolların dominant rolunun zəifləməsi birbaşa Amerikanın dünya liderliyi iddialarına qarşı tendensiyanın başlaması anlamına gəlir. General M.Flinn kimi düşünənlər isə buna sərt təpki göstərməyi uyğun bilirlər. Buraya siyasi, ideoloji, iqtisadi, enerji sahələri ilə yanaşı, hərbi və informasiya savaşını gücləndirmək planları da daxildir. Xüsusilə kibersavaş haqqında Vaşinqtonda son zamanlar daha çox danışırlar.

Bunlar yeni dünya müharibəsinin yaxınlaşdığına dəlalət edirmi? Mütəxəssislər bu suala birmənalı cavab verə bilmirlər. Ancaq artıq bu müharibənin getdiyindən bəhs edənlər də vardır (bax: əvvəlki mənbəyə). Özü də onlar məsələni Qərb-radikal İslam qarşıdurması kontekstində təqdim etməyə çalışırlar (bax: əvvəlki mənbəyə). Həmin məqam olduqca təhlükəli planların mövcudluğundan xəbər verir. Qərbdəki bir sıra siyasi və hərbi dairələr səlib yürüşünü müsbət qiymətləndirir və onu müqəddəs vəzifə saydıqlarını bəyan edirlər. M.Flinn yazır: "Bu növ müharibələrdə yeni heç nə yoxdur. Protestant islahatı bizim dünyamızı yaratdı. Dünyanın protestant islahatına çox ehtiyacı vardır və biz orada zorakılığın olacağına təəccüblənməməliyik. Bu, normaldır" (bax: əvvəlki mənbəyə).

Deməli, fərqli mədəniyyət daşıyıcılarına, fərqli düşünənlərə və həyat tərzi keçirənlərə qarşı müharibə etmək "normal" hal imiş. Baxın, ən təhlükəli məqam bundan ibarətdir. Əgər dünyanın ən güclü dövlətinin ordusunda uzun müddət xidmət etmiş, Əfqanıstan, İraq və digər müharibələrdən keçmiş bir general belə düşünüb bu barədə açıq yazırsa, deməli, vəziyyət doğrudan da mürəkkəbdir. Özü də bu insan ABŞ-ın Prezidentinin milli təhlükəsizliklə bağlı məsləhətçisi olmalıdır. Aydındır ki, onun məsləhətləri hansı məzmunda ola bilər.

İndi Suriyada baş verənlərə yuxarıda vurğulanan faktorlar aspektində nəzər salsaq, qlobal miqyasda müharibənin yaranması ehtimalının az olmadığı nəticəsini çıxara bilərik. Hazırda Hələb uğrunda ölüm-dirim savaşı gedir. Rusiyanın dəstəyi ilə Bəşər Əsəd ordusu bu şəhəri tutmağa yaxındır. Rakka, Mosul, Kərkük istiqamətlərində isə ABŞ-ın başçılıq etdiyi koalisiya irəliləyir. Türkiyə ayrıca Suriyanın şimalında hərbi əməliyyatlar keçirir və İraq istiqamətində hərbi qüvvələrinin gücünü artırır. Bu prosesdə İran və Səudiyyə Ərəbistanının da müəyyən iştirakı vardır. Xüsusilə rəsmi Tehran İraq və Suriyada hərbi sahədə ciddi fəaliyyət göstərir.

Bunlar dünyanın böyük hərbi güclərinin Suriya və İraqda üz-üzə gəldiyini ifadə etmirmi? Bu baxımdan PKK-nın İraqın daha geniş ərazisində və Suriyada fəallaşması təsadüfidirmi? Bizcə, birinci suala cavab müsbətdir. Tədricən böyük dövlətlər həmin məkanda qarşıdurma vəziyyətinə gəlirlər və heç kəs geri çəkilmək istəmir. Söhbət həmin ərazidə geosiyasi nüfuz uğrunda mübarizədən getdiyindən güzəşt də müzakirə mövzusu ola bilməz. PKK-nın fəallığı da məhz bu aspektdə təsadüfi görünmür. Regionda terror nə qədər çox tüğyan etsə, kənar müdaxiləyə, "qayda-qanun yaratmaq" planlarına, "güclü xarici tərəfdaş" ideologiyasına da bir o qədər çox ehtiyac duyular.

Təəssüf ki, yuxarıda vurğulanan məqamlar Yaxın Şərq üçün artıq simptomatik bir halı ifadə edir. Həm hərbi, həm də geosiyasi aspektlərdə vəziyyət olduqca mürəkkəb və qeyri-müəyyən məzmun alır. Bu proses Qərbin Yaxın Şərqdə mövqeyinin sürətlə zəifləməsi, o cümlədən Türkiyənin Aİ-dən uzaqlaşması fonunda baş verir. Bu tendensiya davamlı və dönməz prosesə çevrilə bilərmi? Mümkündür ki, belə olsun. O halda dünya yeni geosiyasi mənzərənin yaranmasına şahid olacaq. Bütövlükdə qlobal miqyasda qüvvələr nisbəti ciddi surətdə dəyişəcək.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Biləsuvarda zəncirvari qəza baş verib, ölən və yaralananlar var

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO