Qobu qəsəbə sakinindən üç kiloqramdan çox marixuana götürülüb
Bakı, 27 avqust, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu tədbirlər həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Abşeron rayonunun Qobu qəsəbə sakini E.Muxtarov saxlanılıb. Axtarış zamanı ondan 14 qramdan artıq marixuana aşkarlanıb. Onun yaşadığı evə baxış zamanı isə əlavə olaraq 3 kiloqram 205 qram marixuana, bir elektron tərəzi, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 8 çətənə kolu aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.