QUBADA SAHİBKARLAR VƏ BƏLƏDİYYƏ SƏDRLƏRİ ÜÇÜN SEMİNAR KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, Quba rayonunda özəl sektorun inkişafına dəstək proqramı çərçivəsində sahibkarlar və bələdiyyə sədrləri üçün seminar keçirilir.
Seminarları Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə birgə təşkil edir. Bundan əvvəl belə seminarlar respublikamızın cənub bölgəsində keçirilmişdi.
Quba Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə təşkil edilən seminarlarda yerli təssərüffatçılarla bağçılıq və meyvəçilik sahəsinin inkişafı problemləri mövzusunda müzakirələr aparılacaqdır. Burada, həmçinin emal olunan malların beynəlxalq standartlara uyğunlaşdırılması yönündə aparılmalı olan işlərdən də danışılacaqdır.
Seminarlara Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin regional inkişaf üzrə əlaqələndiricisi rəhbərlik edir.
Tədbirdə irəli sürülən təkliflər İqtisadi İnkişaf Nazirliyinə göndəriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:02]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [17:38]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:12]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [15:54]
Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT
- 10.06.2026 [15:22]