Qubadlı rayonunun Armudlu kəndi FOTO
Bakı, 9 may, AZƏRTAC
Qubadlı rayonunun Armudlu kəndi dağətəyi ərazidə yerləşir. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Armudlu kəndi rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində işğaldan azad olunub.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Armudlu kəndinin görüntülərini təqdim edir.