QUBADLILAR İLƏ YEKUN VURDULAR
O, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar görülən işlərdən danışaraq bildirmişdir ki, iki il ərzində 462 yeni iş yeri açılmış, 2005-ci ildə isə 192 adam işlə təmin olunmuşdur.
Doğma torpaqlarından didərgin düşmüş qubadlılar respublikanın 5 şəhərində və 32 rayonunda yerləşdirilmişlər. İcra hakimiyyətinin bütün fəaliyyəti onların sosial-məişət və kommunal problemlərinin həllinə yönəldilmişdir. Məsələn, ötən il 8 minədək ailəyə zəruri yardım göstərilmişdir. Adamlarla, ailələrlə görüşlər - ötən il 600 belə görüş keçirilmişdir - rayon rəhbərliyinə obyektiv məlumat almağa və onların problemləri ilə yaxından məşğul olmağa imkan vermişdir.
238 şəhid ailəsi icra hakimiyyətinin diqqət mərkəzindədir. Vətəndaşlar yuxarı orqanlara şikayətlə daha az müraciət etməyə başlamışlar ki, bu da onlara operativ və qayğıkeş münasibətdən xəbər verir. Bir sıra orta məktəblərdə təmir işləri aparılmış, mərkəzi poliklinikanın fəaliyyəti yeni binada bərpa edilmişdir. Burada quraşdırılmış 50 min dollarlıq müasir avadanlıq rayon sakinlərinə ilk yardım göstərməyə kömək edir.
Respublika Baş nazirinin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov iclasda çıxış edərək demişdir ki, ölkə iqtisadiyyatının sürətlə inkişafı qaçqın və köçkünlərin problemlərinə diqqəti artırmağa imkan verir. O, Dövlətqaçqınkomun bu istiqamətdə gördüyü işlərdən və perspektivlərdən söhbət açmışdır.
Bildirilmişdir ki, ötən il komitədə vətəndaşların 70 mindən çox müraciəti qeydə alınmışdır. Onlardan 1300-ü Qubadlı rayonundandır. O, ümidvar olduğunu bildirmişdir ki, rayon sakinləri bundan sonra da ölkə Prezidenti ətrafında sıx birləşərək, respublikanın tərəqqisi işinə öz töhfələrini verəcəklər.
İclas iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul etmişlər.