Qubalı gənclər “CV Center” layihəsində iştirak ediblər
Quba, 25 noyabr, Elxan Yusifli, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyinin qubalı gənclər üçün təşkil etdiyi "CV center" layihəsinə 30-a yaxın iştirakçı cəlb olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, üç günü əhatə edən layihə zamanı gənclərə “Rezume” və CV-nin fərqi”, “Düzgün CV forması necə olmalıdır?”, CV hazırlayarkən qeyd edilməsi vacib və lazımi məlumatlar”, “CV, “Rezume” hazırlayarkən araşdırmalı olduğumuz məqamlar”, “Müsahibə nədir?”, “Müsahibəyə hazırlıq”, “PHN metodu”, “İş axtarışı”, “İş axtararkən nələrə diqqət etməliyik?”, “İşçinin bazar dəyəri”, “Özünütanıma” və s. mövzuları haqqında ətraflı məlumat verilib.
Karyera məsləhətçisi Eyvaz Xeyrullayevin təqdim etdiyi təlimlərdə CV nümunələri hazırlanıb, gənclərin sualları cavablandırılıb.