Qubanın barlı-bəhrəli meyvə bağları FOTOREPORTAJ
Quba, 6 avqust, Elxan Yusifli, AZƏRTAC
Qubanın meyvə bağlarında məhsul yığımının qızğın çağıdır. Hazırda təsərrüfatçılar bağlardan şaftalı, gavalı və almanın tezyetişən sortlarının məhsulunu toplayırlar.
Rayonda, ümumilikdə, 17 min hektardan çox meyvə bağı var ki, bunun da 13 min 800 hektarında alma yetişdirilir. Ötən il alma bağlarından 117 min 800 ton məhsul toplanılıb.
Meyvə yığımının bir sıra çətinlikləri olsa da, zəhmətinin bəhrəsini görən təsərrüfatçıların üzü gülür.
AZƏRTAC Qubanın meyvə bağlarından çəkilən fotoreportajı təqdim edir.