QURTULUŞ GÜNÜNƏ HƏSR OLUNMUŞ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLMİŞDİR
Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının dekanı, filologiya elmləri namizədi, dosent Namaz Manafovun “Heydər Əliyev ümumxalq məhəbbətini qazanmış tarixi şəxsiyyətdir”, Mingəçevir Politexnik İnstitutunun müəllimi, iqtisad elmləri namizədi Emilya Hüseynovanın “Müasir Azərbaycan cəmiyyətinin demokratikləşdirilməsi Heydər Əliyev siyasətinin əsas istiqamətidir” mövzusunda məruzələri dinlənilmişdir. Şəhər icra hakimiyyətinin başçısı Lütfəli Babayev elmi-nəzəri konfransda çıxış etmişdir.
Həmin gün M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrının binası qarşısındakı meydanda ümumşəhər şənliyi keçirilmişdir.
X X X
15 İyun – Milli qurtuluş günü münasibətilə Ağdam, Yevlax, Tərtər, Bərdə, Ağcabədi, Beyləqan, Xocavənd, Laçın və Füzuli rayonlarında silsilə tədbirlər təşkil olunmuş, ümumrayon şənlikləri keçirilmişdir. Təşkil olunmuş konsertlərdə bədii özfəaliyyət kollektivləri ilə yanaşı, respublikamızın tanınmış incəsənət ustaları da çıxış etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:31]
Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram
- 13.10.2026 [11:59]
Azərbaycan Prezidenti: Laos bizim üçün dost ölkədir
- 13.10.2026 [11:43]