Qusar və Oğuz rayonlarının daha iki kəndinə “mavi yanacaq” verilmişdir
Bakı, 10 may (AZƏRTAC). Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü Qusar rayonunun Mucuqoba və Oğuz rayonunun Bucaq kəndlərinin sakinləri üçün daha bir yaddaqalan hadisə ilə əlamətdar olmuşdur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mayın 10-da həmin kəndlərə ilk dəfə olaraq təbii qaz verilmişdir. Bu münasibətlə keçirilmiş tədbirlərdə “Azəriqaz” İB-in, Qusar və Oğuz rayonlarının rəhbərliyi, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak etmişlər. Qeyd olunmuşdur ki, ötən müddətdə Mucuqoba kəndinin qaz təchizatının bərpası məqsədi ilə ümumi uzunluğu 7 min 520 metr olan müxtəlif diametrli polietilen, 2 min 300 metr uzunluğunda metal borularla qaz xətləri çəkilmiş, 90 qaz sayğacı quraşdırılmışdır. Bucaq kəndinin qazlaşdırılması üçün 39 min metr müxtəlif diametrli metal borularla qaz xətti çəkilmiş, 200 sayğac quraşdırılmışdır.
Mərasimlərdə kənd ağsaqqalları və ziyalılar çıxış edərək uzun müddətdən sonra kəndlərin “mavi yanacaq”la təchiz olunmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]