QVİNEYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB LANSANA KONTEYƏ
Qvineya Respublikasının milli bayramı – Müstəqillik elan edilməsi günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Qvineya arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı daim xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qvineya xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 21 sentyabr 2004-cü il.