Azərbaycan Dövlət İnformasiya Agentliyi

RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRİ ƏLİ ABBASOVUN ÇIXIŞI

- Zati-aliləri cənab Prezident!

Hörmətli nazirlər, xanımlar və cənablar!

Zəngin mədəni və mənəvi irsə malik olan qonaqpərvər, qədim Azərbaycan torpağında 12-ci ildir ki, informasiya və kommunikasiya texnologiyalarına həsr olunmuş ənənəvi beynəlxalq sərgi-konfransı keçirilir. Builki sərgi-konfrans öz miqyasına görə əvvəlkilərdən daha çox fərqlənir. Sərgi və konfransın işində 23 ölkədən 110 şirkət və 500-dən çox mütəxəssis iştirak edir. Sərgiyə gələnlərin sayının isə təqribən 20 min nəfər olacağı gözlənilir. Bu tədbir ərəfəsində respublikamızın paytaxtı Bakı şəhərində həm də Azərbaycan-ABŞ biznes forumu və BMT-nin yenicə yaradılmış informasiya cəmiyyəti üzrə Qlobal Alyansının birinci regional iclası keçirilir.

Bu sərgi və konfrans əvvəlkilərdən xüsusi bir cəhəti ilə də fərqlənir. Belə ki, ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu və cənab Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən uğurlu neft strategiyası nəticəsində böyük inam və neft ölkəsi kimi nüfuz qazanmış və son zamanlar iqtisadi inkişaf dinamikası ilə bütün dünyanın diqqətini özünə cəlb edən Azərbaycanda keçirilən bu tədbir ölkə iqtisadiyyatının yeni bir inkişaf istiqamətinin başlandığını göstərir.

Azərbaycanda bir çox sahələrdə olduğu kimi, rabitə və informasiya texnologiyaları sahəsində də sürətli inkişaf müşahidə olunur. İnformasiya- kommunikasiya texnologiyaları enerji sektorundan sonra Azərbaycan iqtisadiyyatının ən dinamik inkişaf edən sahəsidir. Burada illik artım təxminən 35-40 faiz olmaqla, dünya üzrə orta göstəricidən təqribən 2-3 dəfə çoxdur. Birbaşa sərmayələrin qoyuluşu ildə təqribən 130-150 milyon ABŞ dolları həcmində olur.

Ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı milli strategiya və dövlət proqramı əsasında həyata keçirilir. Bu sahədə aparılan islahatlar son illərdə gücləndirilmişdir. Özəlləşdirmə davam etdirilir, bazarda liberallaşma aparılır və mərhələlərlə sərbəst tənzimləyici qurumun yaradılmasına başlanılır. Lakin bu sahədə çalışan alim, mühəndis və mütəxəssislər hesab edirlər ki, informasiya-kommunikasiya texnologiyaları Azərbaycan iqtisadiyyatına daha çox töhfələr verə və iqtisadiyyatın lokomotivi ola bilər.

Hörmətli cənab Prezident!

Sizin “Azərbaycanda neftlə neftsiz iqtisadiyyat qurulmalıdır” kimi tələbinizə texnoloji tutumlu iqtisadiyyat qurmaq istəyənlərin cavabı bu möhtəşəm tədbirdən başlanır. Sərgi-konfransın işində, habelə bu günlər ərzində keçiriləcək ikitərəfli görüşlərdə biz xarici həmkarlarımızla birlikdə Azərbaycanda və regionda informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi, iqtisadi inkişafa və regional əməkdaşlığa təsirinə dair digər vacib problemləri müzakirə və təhlil edib tövsiyələr hazırlayacağıq. Bu baxımdan hesab edirik ki, sərgi çərçivəsində keçirilən “Xüsusi iqtisadi zonalar – Azərbaycanda dayanıqlı iqtisadi inkişafın yeni istiqaməti” mövzusunda beynəlxalq konfransın da nəticələri təkcə ölkəmiz üçün deyil, iqtisadi inkişafında təbii sərvətlərə əsaslanan ölkələr üçün də əhəmiyyətli olacaqdır.

Etiraf etməliyik ki, texnoloji zonalar əksər ölkələrdə yaradılır və bu layihələr heç də hər yerdə müvəffəqiyyətlə nəticələnmir. Bu səbəbdən də daxili və xarici şirkətlər bu sahəyə böyük həcmli sərmayələrin qoyulmasından ehtiyatlanırlar. Lakin ölkəmizin uğurlu neft strategiyasında qazandığı beynəlxalq iqtisadi nüfuzu, region bazarlarının informasiya texnologiyalarına artan tələbatı, Azərbaycan hökumətinin sərmayə risklərini bölüşmək istəyi və ən nəhayət, Azərbaycan Prezidentinin son illər qazandığı nüfuz, ona olan beynəlxalq inam və etibar yüksək texnologiyalar üzrə xüsusi iqtisadi zonaların Azərbaycan modelinin uğurlu olacağına zəmanət verir.

Hörmətli sərgi və konfrans iştirakçıları!

Sizin arzu və istəyinizlə, Azərbaycanda texnoloji tutumlu yeni iqtisadi inkişafın təşəbbüskarı və təminatçısı, gələcək irimiqyaslı layihələrimizin müvəffəqiyyətlərini və məsuliyyətini bizimlə qətiyyətlə bölüşən, bu sərgi və konfransın keçirilməsinə yüksək diqqət və qayğı göstərən Azərbaycan Prezidenti cənab İlham Əliyevdən öz dəyərli fikir və tövsiyələrini bizimlə bölüşməsi xahiş olunur.

X X X

Prezident İlham Əliyev mərasimdə nitq söylədi.

X X X

“İTE Group PLC” şirkətinin direktoru CEREMİ HANLİ sərgi-konfransın təşkilatçıları adından Prezident İlham Əliyevə təşəkkür edərək dedi ki, 23 ölkədən gəlmiş şirkətlərin burada iştirakının əsas səbəbi Azərbaycanın gündən-günə yüksələn iqtisadiyyatı və gələcək perspektivləridir. Sizin rəhbərliyinizilə Azərbaycanda çox güclü və gözəl siyasət həyata keçirilir ki, bu da Azərbaycanın parlaq gələcəyinin zəminidir. Builki sərgi-konfrans da Sizin siyasətinizin yerinə yetirilməsi sahəsində atılan bir addım olacaqdır. Dəyərli nitqinizə görə çox sağ olun.

X X X

Sonra Prezident İlham Əliyev “Aztelekom” İstehsalat Birliyinin təşkil etdiyi video-konfrans vasitəsilə Naxçıvan Dövlət Universiteti ilə birbaşa əlaqə yaratdı.

Universitetin rektoru, Milli Məclisin deputatı İSA HƏBİBBƏYLİ dövlətimizin başçısına müraciətlə dedi:

- Cənab Prezident, biz Sizi salamlayırıq. Sizin yüksək dəstəyinizlə Bakı şəhərində açılan beynəlxalq sərgi-konfrans informasiya cəmiyyətinə doğru aparan yolda müstəqil Azərbaycanın əldə etdiyi mühüm nəticələri və gələcək perspektivləri cəmiyyətimizə və dünya ictimaiyyətinə təqdim etmək baxımından çox böyük əhəmiyyətə malikdir.

Cənab Prezident, Sizə məlumat verməyi özümə borc bilirəm ki, Naxçıvan Muxtar Respublikasında informasiya texnologiyalarının həyata keçirilməsi sahəsində görülən böyük işlər, o cümlədən Naxçıvan Dövlət Universitetində elektron kitabxananın yaradılması, “Elektron Naxçıvan” proqramının, habelə humanitar informasiya ilə əlaqədar tədbirlərin həyata keçirilməsi, Avropa universitetləri ilə video-konfransların təşkili regionda informasiya texnologiyaları ilə bağlı yeni təfəkkürün formalaşmasına və ən müasir texnologiyanın tətbiqinə marağın artmasına ciddi təkan verir.

Cənab Prezident, Sizin böyük köməyinizlə, qayğınızla çətin şəraitdə suqroptik magistralın Naxçıvan Muxtar Respublikasına çatdırılması regionun iqtisadi blokadadan çıxmasına və universitetimizin beynəlxalq əlaqələrinin genişlənməsinə, hətta burada elektron təhsilin də həyata keçirilməsinə tam təminat verir. Bütün bunlara görə Sizə universitetimizin professor-müəllim heyətinin və tələbə kollektivinin ürəkdən gələn dərin minnətdarlığını çatıdırıram. Sizi əmin edirəm ki, universitetimiz regionda informasiya cəmiyyətini yaradacaq yüksək ixtisaslı yeni nəsil formalaşdırmaq üçün bundan sonra da var qüvvə ilə çalışacaqdır.

Cənab Prezident, çoxcəhətli və məqsədyönlü fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.

İLHAM ƏLİYEV: Sağ olun. Bütün naxçıvanlılara mənim salamlarımı çatdırın.

X X X

Sonra Prezident İlham Əliyev sərginin pavilyonlarını gəzdi.

Məlumat verildi ki, sərginin ənənəvi iştirakçıları sırasında “Azercell Telecom”, “Azel”, “AzEuroTel”, “Az.StarNet”, “AzTech”, “AzTelekom”, “Bakcell”, “BakTelekom”, “CATEL”, “Delta Telekom”, “İnfoSystems Jet”, “İntrans”, “Logo”, “RSCC”, “The İnternational bank of Azerbaijan”, “Sinam”, “Smart Systems”, “Soliton”, “Teleradio və Ultra Computers” şirkətləri vardır. İştirakçı şirkətlər İKT sahəsində son nailiyyətləri təqdim edərək, istehlakçı ilə ən yeni məlumatları paylaşırlar.

Builki sərgidə ABŞ şirkətlərinin fəallığı xüsusi hiss edilir. Belə ki, ABŞ telekommunikasiya sənayesində fəaliyyət göstərən 15 şirkətlə təmsil olunmuşdur. Bu şirkətlərin eksponatları ABŞ–Azərbaycan Ticarət Sənaye Palatası tərəfindən təşkil olunmuş “ABŞ guşəsi”ndə nümayiş etdirilir.

Dövlətimizin başçısı sərginin əsas bölmələri - Telekommunikasiya və şəbəkələr, İKT və ofis texnologiyaları, simli və simsiz rabitə, Peyk rabitəsi və texnologiyalar, Proqram təminatı və avtomatlaşdırma sistemləri, Elektron Biznes, Elektron Hökumət, Elektron Təhsil və s. ilə yaxından tanış oldu, “BEKO” şirkətinin hazırladığı, çəkisi 1 kiloqram olan və barmaq izləri ilə işləyən özəl nootbuka maraqla baxdı, bunun ölkəmizdə istehsalına və tətbiqinə ehtiyac duyulduğunu bildirdi.

Respublikamızın rəhbəri informasiya texnologiyaları sahəsində xidmət göstərən və telefon aparatları istehsal edən Rusiyanın “İnfosistem Jet”, “Cisco Systems”, Çinin telekommunikasiya avadanlığı istehsal edən “Huavei Texnologies”, dünyada məşhur olan “Siemens” şirkətinin elektron avadanlığına, “Aztex”in nootbuk kolleksiyasına və digər firmaların məhsullarına maraqla tamaşa etdi.

Prezident İlham Əliyev Mingəçevir şəhərindəki “Kür” elektron avadanlığı istehsalı müəssisəsinin xüsusi guşəsi ilə də maraqlandı, əsginasların ödənişi üçün kiosk aparatı vasitəsilə aparılan əməliyyat prosesini izlədi. Bildirildi ki, əsasən mobil, şəhərlərarası rabitə, internet və digər əməliyyatlarda istifadə olunan bu aparat “Sinam” şirkətində sınaq nümunəsi kimi düzəldilmişdir və onun kütləvi istehsalına başlanacaqdır. 2005-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və “Sinam” şirkəti tərəfindən yaradılmış “Kür” müəssisəsi Cənubi Qafqaz və Mərkəzi Asiyada konveyer üsulu ilə kompyuter istehsal edən ilk müəssisədir. Burada istehsal prosesinin təşkili və yeni yüksək texnoloji məhsulun bazara çıxarılması üzrə Avropa və Tailand təcrübəsi yaxından öyrənilmişdir. Müəssisənin istehsal gücü gündə 140 kompyuter yığmağa imkan verir. Hazır kompyuterlərin testdən keçirilməsi üçün termik kamera quraşdırılmışdır. Hazırda “Kür” və “Hevlett Packard” ticarət markaları altında dünya standartlarına uyğun kompyuterlər yığılır. Məhz buna görə də 2006-cı ilin birinci yarısında müəssisə İSO 9001:2000 keyfiyyət sertifikatına layiq görülmüşdür. Yaxın gələcəkdə digər avadanlığın da istehsalı nəzərdə tutulmuşdur.

Dövlətimizin başçısı ölkəmizdə informasiya texnologiyaları sahəsində yaradılan yeni müəssisələrin dünya standartlarına uyğun avadanlıq istehsal etməsini yüksək qiymətləndirdi, daxili tələbat ödənildikdən sonra məhsulun xarici bazara da çıxarılmasının zəruriliyini vurğuladı və bildirdi ki, İKT sektorunun inkişafına dövlət tərəfindən hər cür kömək göstəriləcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Biləsuvarda zəncirvari qəza baş verib, ölən və yaralananlar var

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO