İQTİSADİYYAT
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
Bakı, 2 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Fərmanına uyğun olaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) yaradılmış Apellyasiya Şurasının növbəti iclası keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasda Apellyasiya Şuralarının fəaliyyətinə həsr edilən ümumrespublika seminar-müşavirəsində səsləndirilən fikirlər, verilən tapşırıq və tövsiyələr bir daha şura üzvlərinin diqqətinə çatdırılıb.
Sonra “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasında şikayətlərə baxılmasına dair Təlimat”a və “Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının qarşılıqlı fəaliyyətinə dair Metodiki Təlimat”a uyğun olaraq hazırlanan “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Apellyasiya Şurasında şikayətlərə baxılmasına dair Təlimat”la bağlı şura üzvlərinin verdiyi təkliflər müzakirə edilib.
Şuraya sahibkarlardan müraciətlərin daxil olduğu da diqqətə çatdırılaraq, şikayətlərlə əlaqədar araşdırmaların hərtərəfli, dəqiq və obyektiv aparılmasına dair müvafiq tapşırıq və tövsiyələr verilib.