ELM VƏ TƏHSİL
Radiasiya Problemləri İnstitutunun gənc əməkdaşları xarici ölkələrdə təlim kurslarında iştirak ediblər
Bakı, 1 avqust (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutu enerjiqənaətedici radiasiya prosesləri laboratoriyasının gənc əməkdaşları- kimya üzrə fəlsəfə doktoru Rauf Rzayev və baş laborant Şahin Hacıyev xarici ölkələrdə təlim kurslarında iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, Ş. Hacıyev Finlandiyanın paytaxtı Helsinki şəhərində yeni analitik cihaz və avadanlıqlarla tanışlıq və onların iş prinsiplərinin mənimsənilməsi üzrə təlimdə yüksək həssaslıq qabiliyyətinə malik yeni nəsil xromatoqraflar və mass-spektrometrlərin iş prinsipləri ilə tanış olub.
R. Rzayev isə İsveçrədə “Kimyəvi silahlardan müdafiə” mövzusunda təlim kursunda iştirak edib.
Təlim kursları Avropa İttifaqının “Kimyəvi silahlardan müdafiə” layihəsi çərçivəsində reallaşıb.