“Real Madrid” “Real Saraqosa”nı böyük hesabla məğlub edib
Bakı, 30 yanvar, Nicat Məmmədov, AZƏRTAC
Yanvarın 29-da futbol üzrə İspaniya kubokunun səkkizdəbir final mərhələsinin oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, “Real Madrid” səfərdə ikinci divizyon klubu “Real Saraqosa” ilə qarşılaşıb. Görüş “kral” klubunun böyük hesablı qələbəsi ilə başa çatıb - 4:0.
“Real Madrid”in heyətində Rafael Varan, Lukas Vazqes, Vinisius və Kərim Benzema fərqləniblər. Bu qələbədən sonra “Real Madrid” dörddəbir final mərhələsinə vəsiqə qazanıb.
Mərhələnin digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Badahos” - “Qranada” - 2:3;
“Kultural Leonesa” - “Valensiya” - 0:0 (pen. 2:3);
“Tenerife” - “Atletik” - 3:3 (pen. 3:4);
“Rayo Valyekano” - “Vilyarreal” - 0:2;
“Real Sosyedad” - “Osasuna” - 3:1;
Qeyd edək ki, mərhələnin digər iki görüşü - “Barselona”-“Leqanes” və “Mirandes” - “Sevilya” oyunu yanvarın 30-da keçiriləcək.