Azərbaycan Dövlət İnformasiya Agentliyi

Regional mədəniyyət idarələrinin tabe rayonlar üzrə nümayəndələrinin fəaliyyəti müzakirə olunub

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 12-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında mədəniyyət nazirinin müavini Rafiq Bayramovun sədrliyi ilə nazirlikdə aparılmış struktur islahatları və regional mədəniyyət idarələrinin baş məsləhətçilərinin - rayonlar üzrə nümayəndələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müşavirədə nazirliyin müvafiq struktur bölmələrinin əməkdaşları, 15 regional mədəniyyət idarəsinin rayonlar üzrə nümayəndələri iştirak ediblər.

Gündəlikdə duran məsələlər barədə məlumat verən Rafiq Bayramov Mədəniyyət Nazirliyində aparılan son islahatların əhəmiyyətindən danışıb. Prezident İlham Əliyevin bu ilin iyunun 6-da Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı Fərman imzaladığını diqqətə çatdıran nazir müavini qeyd edib ki, fərmana əsasən nazirliyin yeni strukturu təsdiq edilib, həmçinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələrində işçilərin say tərkibi müəyyən olunub.

Vurğulanıb ki, müşavirənin əsas məqsədi həyata keçirilən islahatlar nəticəsində qarşıya qoyulan yeni hədəflərə nail olmaq və bu istiqamətdə atılacaq addımların müzakirə edilməsidir: “Artıq nazirlikdə yeni struktur tam formalaşıb. Bundan sonra regionlarla daha sıx işləyərək qarşımıza qoyulan məqsədlərə nail olacağıq. Buna görə də belə görüşlərin mütəmadi təşkil olunması vacibdir. Bu həm regionlardakı mədəniyyət müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi, həm də gələcək fəaliyyət üçün istiqamətlərin müəyyən olunmasına töhfə verə bilər”.

Rafiq Bayramov qeyd edib ki, regional idarələrin fəaliyyətinin təmin olunması üçün nazirliyin tərkibində regional siyasət şöbəsi və iki sektor - təhsil müəssisələri ilə iş və regional idarələrin koordinasiyası və tabe qurumlarla iş sektoru yaradılıb. Həyata keçirilən son struktur dəyişikliklərindən sonra mədəniyyət sahəsinə ayrılan diqqət daha da artırılacaq.

Nazir müavini regional idarələrlə yeni yaradılan Regional siyasət şöbəsinin qurulacaq iş prinsipləri haqqında da danışıb, bu istiqamətdə idarəçiliyin daha da effektiv olacağını bildirib.

Müşavirədə regional siyasət şöbəsinin müdiri Pərviz İsgəndərli həyata keçirilən islahatlar nəticəsində regional idarələrlə qurulacaq işin prinsiplərindən söhbət açıb. Bildirib ki, mədəniyyət sahəsində regional idarəçiliyə keçilməsi bir sıra məsələlərin həllinin effektivliyini təmin edib. Yeni strukturun müəyyən olunmasından sonra regionlarda mədəniyyətin inkişafına xüsusi diqqət ayrılıb: “Üzərimizə qoyulan böyük vəzifələr var. Biz bu məsələlərin həll olunması üçün yeni planlar hazırlamalıyıq. Ona görə də regionlarda mədəniyyətin inkişafı, göstərilən xidmətlərin səviyyəsinin artırılması üçün yerlərdən təkliflər gözləyirik. Belə olan halda mədəniyyət sahəsinin inkişafı daha effektli olacaq”.

Qeyd olunub ki, bölgələrdə göstərilən mədəni xidmətlərin səviyyəsinin artırılmasında ixtisaslı kadrların işə cəlb olunması vacib amildir. Buna görə də regional idarələrə tabe müəssisələrin ixtisaslı kadrlarla təmin olunması diqqət mərkəzində saxlanılacaq.

İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov regional idarələrin və onlara tabe rayonların mətbuatla iş prinsiplərinin qurulmasından danışıb: “Aparılan islahatlardan sonra nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin işi daha da genişlənəcək. Nazirlik tərəfindən həyata keçirilən tədbirlərin işıqlandırılması, regionlarda təşkil olunan tədbirlərin, sərgilərin mətbuatda, televiziyalarda geniş işıqlandırılması diqqətdə saxlanılacaq. Eyni zamanda, regionlarda keçirilən tədbirlər və regionların mədəni həyatı ilə bağlı geniş məqalələr dərc olunmalıdır. Nazirliyin mətbu orqanları ilə də sıx əməkdaşlıq qurulmalıdır. Bunun üçün İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi olaraq hər cür dəstək verməyə hazırıq”.

Şöbə müdiri mətbuatla əməkdaşlıq üçün regional idarələrə bu sahə üzrə bacarıqlı kadrların işə cəlb olunmasının vacibliyini də qeyd edib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayonu üzrə nümayəndəsi İlham Manafov, Şuşa rayonu üzrə nümayəndə Zahid Abbasov, Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax rayonu üzrə nümayəndəsi Rafiq Məmmədov, Tərtər rayonu üzrə nümayəndə Ceyhun İsmayılzadə və başqaları çıxış edərək regionlarda həyata keçirilən tədbirlərdən danışıblar.

Tədbir struktur islahatları, regional mədəniyyət idarələrinin baş məsləhətçilərinin - rayonlar üzrə nümayəndələrinin fəaliyyətinin gücləndirilməsi məsələlərinin müzakirəsi ilə davam edib.

Sonda nazir müavini Rafiq Bayramov regionlarda keçirilən tədbirlərin səviyyəsinin daha da yüksəldilməsi, əhaliyə göstərilən mədəni xidmətlərin genişləndirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq həyatını itirib - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq həyatını itirib - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub

Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib

Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Qlobal maliyyə sistemində İslam maliyyəsinin yüksəlişi Azərbaycan üçün hansı yeni imkanlar yaradır?

Kiyev “Patriot” raketləri əldə etmək üçün Avropa Komissiyasının icazəsini almalıdır

UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub

bp: Azərbaycan gələcəyin texnologiyalarının yaradılması məkanına çevrilə bilər

Siyasi şərhçi: Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlib

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları

Rəşad Məcid: Bəzi sosial şəbəkələr uşaqların mənəvi inkişafına mənfi təsir göstərir

Bakı metrosu yay qrafikinə keçib

Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb

Xaosdan şanlı Zəfərə: BDU-da Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs olunub

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirə olunub YENİLƏNİB

İstanbul Bəyannaməsi üç ölkənin strateji tərəfdaşlığının növbəti təzahürüdür

Vergiödəyicilərinə xidmət mərkəzlərində 400 minədək xidmət göstərilib

Politoloq: Cənubi Qafqazda qlobal aktorların maraq dairəsi xeyli genişlənib

Azərbaycanda elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb – STATİSTİKA

Şəhid övladları üçün ənənəvi “Məzun günü” tədbiri təşkil olunub

Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib

İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib

BMU-da Milli Qurtuluş Günü qeyd olunub

Bakıda “Azərbaycanda alman memarlığı” mövzusunda beynəlxalq konfrans başlayıb

Xızıda quşların antisanitar şəraitdə kəsildiyi və satışa çıxarıldığı aşkarlanıb

Fələstin Dövlətinin vitse-prezidenti Hüseyn əl-Şeyxdən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

İTV: Dünya çempionatının bütün oyunları Azərbaycanda canlı yayımlanacaq

Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”

“Məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmininə dair” qanun layihəsi işğaldan azad edilmiş ərazilərin inkişafına mühüm töhfə verəcək – RƏY

Böyük Britaniyanın müdafiə naziri istefa verib

Məqsəd 16 yaşınadək uşaqların internetə çıxışını deyil, sosial platformalara girişini məhdudlaşdırmaqdır

BŞTİ məktəb direktorları və bağça müdirləri üçün təlim təşkil edib

Su infrastrukturunun inkişafı və yenidən qurulması istiqamətində mühüm işlər həyata keçirilir

Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir

Coğrafiyaşünas-alim: El Nino hava fenomeni Xəzər dənizinin səviyyəsinə təsirsiz ötüşməyəcək

Fridrix Merts: Almaniya Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsində iştiraka hazırdır